“Komsomolskaya Pravda” Xocalı faciəsindən yazır
19:26 17.02.2017
Arxiv
395
"Komsomolskaya pravda” qəzetində "İddia müddəti yoxdur: Xocalı faciəsinin 25 illiyi” sərlövhəli məqalə dərc edilib.
Məqalədə deyilir: Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Tarixdə hər xalqın elə faciəsi var ki, onu unutmaq olmaz. Qətiyyən. Sadəcə ona görə ki, başqa cür ola bilməz. Gernika, Xatın, Liditse, Babiy Yar...
Azərbaycanın Xocalı şəhəri də onlarla bir sırada dayanır. Orada baş verən dramatik hadisələr Cənubi Qafqazın ən böyük dövlətinin tarixinə qanlı hərflərlə yazılıb.
Dağlıq Qarabağda münaqişə həllini tapmamış problemdir. Bu fəlakətdir ki, münaqişə uzanıb və bu gün də Qafqaz regionunun sağalmamış yarasıdır. Bu, bir vaxtlar SSRİ-nin iki qardaş respublikasını qan düşməninə çevirən fəlakətdir. Dağlıq Qarabağ münaqişəsi əsrin artıq dörddəbiri qədər uzanan danışıqlar mərhələsindədir. O, postsovet məkanında "dondurulmuş” münaqişələrdən biri kimi nəzərdən keçirilir. Lakin indiyədək iki ölkənin cəbhə xəttindəki vəziyyət qəfil püskürməyə hazır olan vulkan kraterini xatırladır.
İyirmi beş il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qonşu Ermənistan dövlətinin silahlı birləşmələri Azərbaycanın qədim Xocalı şəhərinə hücum ediblər.
Qiymət verməyəcəyik, lakin fakt faktlığında qalır: millətçilərin əlində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb. Habelə 487 nəfər şikəst edilib, 1275 dinc sakin əsir götürülüb, 155 adamın taleyi hələ də məlum deyil. Hücum nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib...
Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Onların fikrincə, beynəlxalq birlik bu faciəvi hadisəyə hüquqi qiymət verməlidir.
Məqalədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun sözləri sitat gətirilib: "Dövlətimiz millətçilər tərəfindən xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib”.
Baş konsul qeyd edib ki, 1992-ci ildə Azərbaycan rəhbərliyi hadisəyə obyektiv qiymət verilməsi, onun maksimum açıqlanması üçün heç nə etməyib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciəyə siyasi-hüquqi qiymət verilib. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.
"Hər il respublikamızda və dünyanın müxtəlif ölkələrində dəhşətli faciənin ildönümü ürəkağrısı ilə qeyd edilir. Faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir”, - deyə S.Qasımov bildirib.
Məqalədə daha sonra vurğulanır ki, İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisində Holokost (yəhudilərin soyqırımı) qurbanlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Xocalı faciəsini dünyada soyqırımlar və kütləvi qırğınlarla bir sırada qeyd edib: "Biz özümüzdən soruşmalıyıq: soyqırımlarına qarşı mübarizə üçün bugünkü assambleya kifayətdirmi? Bu mübarizə Bosniyada soyqırımının qarşısını almaq üçün kifayət qədər effektiv oldumu? Bu mübarizə Xocalıda insanların həlak olmasının qarşısını almaq üçün effektiv oldumu?.. Biz həddən artıq çox göz yaşı axıdır, lakin az işləyirik”.
Məqalədə deyilir ki, Xocalı faciəsinin soyqırımı faktı olması bir çox ölkələrin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələr, habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıblar.
AZƏRTAC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət