“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
07:12 18.02.2019
Arxiv
449
Bu gün Milli Məclis və "ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra tədbirdə çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "ASAN Xidmət” artıq dövlətdaxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib:
"Bir çox ölkələr "ASAN Xidmət”in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla şəxs "ASAN Xidmət”ə müraciət edib. Tək Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanır. Sizin gələcək fəaliyyətiniz üçün burada qazanacağınız təcrübə böyük rol oynayacaq”.
Tədbirdə çıxış edən "ASAN Xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə qeyd edib ki, "ASAN Könüllüləri” hazırda 17 mindən çox könüllünü özündə birləşdirir.
"Bu, bir hərəkata çevrildi. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirilib. Ümumilikdə bu layihələr "ASAN Könüllüləri”nə daxil olmayan gəncləri də əhatə etdi. Təqribi hesablamalara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirdik”.
O.Dəmirli bildirib ki, "Əsgərə məktub”, "ASAN məktub” layihələri cəmiyyətdə bütün təbəqələrdən olan şəxslərin iştirakını təmin edib: "Həmin layihələr cəmiyyətimizdə çox tanınır və hamı bu layihələrə qoşulur. "Könüllülər Parlamenti” layihəsini də həyata keçiririk. Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 1300-ə yaxın gənc bu layihədə iştirakçı olmaq istədi. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq”.
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən "ASAN Xidmət” bir brenddir: "ASAN Xidmət” dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət