"Koronavirusdan sağalan insan 90 günə virus yayır" - Rusiyanın baş həkimi
09:32 15.09.2020
Arxiv
430
“COVID-19-a yoluxub sağalmış insan 90 günə qədər virus yayır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın baş həkimi, “Rospotrebnadzor” Federal Xidmətinin rəhbəri Anna Popova bildirib.
"Bugünkü müşahidələrimiz onu göstərir ki, koronavirusdan sağalmış şəxs 48 günə qədər virus yayır. Lakin xarici ölkələrdə bu müddət 90 günə qədərdir. Artıq COVID-19 simptomları olmayan, qanı təmiz, bütün göstəriciləri yaxşı olan insan burnundan virus ifraz edir”, - deyə A. Popova Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin iclasında vurğulayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında indiyə kimi koronavirusa yoluxanların sayının 28,6 milyon nəfər, bu virusdan ölənlərin sayının isə 917 min nəfərdən çox olduğu bildirilib. Dünya üzrə koronavirusa yoluxma sıralamasında ilk yeri ABŞ, ikinci yeri Hindistan, üçüncü yeri Braziliya tutur. Rusiya isə 1 milyon 73 min 849 yoluxma ilə dördüncü pillənin sahibidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə