Koronavirusla bağlı videokonfrans – AZƏRBAYCAN DA QATILIB
13:17 03.03.2020
Arxiv
387
Koronavirusla mübarizə üçün xarici ölkələrlə təcrübə mübadiləsi məqsədilə Çin nümayəndələri ilə 6 ölkənin (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Türkmənistan və Ermənistan) nümayəndələri arasında videokonfrans keçirilib.
İcbari Tibbi Sığorta Agentliyindən Lent.az -a verilən məlumata görə, videokonfransda Çin tərəfdən Xəstəliklərin profilaktikası və kontrolu Mərkəzinin direktoru, akademik Qao Fu, Baş epidemioloq U Szun Yu, Pekin Universitet Xəstəxanasının baş həkimi və yoluxucu xəstəliklər şöbəsinin müdiri Van Quytsyan, Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin direktor müavini Yuy Syuzn, Fövqəladə Hallar, Səhiyyə, İqtisadiyyat, Gömrük və digər Departamentlərin əməkdaşları iştirak ediblər. Azərbaycan tərəfini Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Asiya, Afrika və Okeaniya ölkələri ilə iş sektorunun müdiri Səadət Rəhimli, Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Eldar Səlimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev, Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin mikrobiologiya mütəxəssisi Qumral Ələkbərova, Çin ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə şöbəsinin rəhbəri Xu Qinq, səfirliyin Attaşesi Şi Fanq və digər nümayəndələr təmsil edib.
Çinli ekspertlər ölkələrində koronavirus epidemiyası ilə bağlı mübarizə haqqında təqdimat edib və digər ölkə ekspertlərinə öz tövsiyələrini veriblər. Görüş 6 ölkənin nümayəndələrini maraqlandıran sualların Çinli ekspertlər tərəfindən cavablandırılması ilə davam edib.
Sonda Azərbaycan və Çin tərəfinin ikitərəfli görüşü keçirilib və ekspertlər fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya