"Koronaviruslu xəstələrdə bu hal tez-tez müşahidə edilir" - Professor
07:58 16.09.2020
Arxiv
432
“COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri haqqında müsahibəsində bildirib. Onun sözlərinə görə, özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişib, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb. Professor qeyd edib ki, COVID-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir edib, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığı insan psixikasına dərin mənfi təsir göstərib: “Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hazırda koronaviruslu xəstələrdə də bu hal tez-tez müşahidə edilir”.
Fuad İsmayılov hazırda rəhbərlik etdiyi mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayının artdığını, müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunduğunu deyib: “Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stress halında" saxlayır. Bundan başqa, yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessiv–kompulsiv pozuntuların artması müşahidə olunur. Posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19-a yoluxmuş insanlar və yaxınlarıdır. 65 və yuxarı yaş qrupuna gəldikdə isə, onlarda da depressiya və tənhalıq hissi müşahidə olunub. Çünki həmin şəxslər ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib”.
Psixoloji sarsıntı keçirmiş ən böyük qrupun həkimlər və tibb personalı olduğunu bildirən professor səhiyyə işçilərinin streslərə daha az davamlı olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya