Körpüdən özünü atmaq istəyən şəxsi baş nazir xilas edib - YENİLƏNİB 2
07:11 30.07.2018
Arxiv
513
Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - "Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. "Sherg.az" musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.
******
9:49
Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.
APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən daşınıb və yol ötürücüsünün üstündən endirilib.
*****
8:56
Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Koroğlu nəqliyyat qovşağındakı asma körpüdən daha bir şəxs özünü atmaq istəyir. Lent.az xəbər verir ki, səhər saat 06:30 radələrində polisə və xilasetmə xidmətində 45-50 yaşlı kişinin körpünün yuxarı hissəsinə dırmaşaraq özünü atmaq istəməsi ilə bağlı məlumat daxil olub.
Artıq 2 saatdan çoxdur ki, həmin şəxslə özünü atmaması və aşağı enməsi ilə bağlı söhbətlər aparılır.
Məlum hadisə şəhərə girişdə böyük tıxaca da səbəb olub. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var: "Tıxac əsasən Heydər ƏLiyev proskektinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya