Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı
13:58 22.07.2018
Arxiv
785
Kosmosda Yerdən asılı olmayan "Asgardiya” adlı dövlət qurdğunu elan edən azərbaycanlı alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən "Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını "Hürriyət” qəzetinə danışıb.
Virtualaz.org xəbər verir ki, Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyası onun beyninə təxminən 10 il əvvəl gəlib. Lakin bunun üçün torpağa ehtiyac var idi. Yer üzərindəki torpaqlar isə çoxdan bölüşdürülüb. Ona görə də alim qərara gəlib ki, öz dövlətini kosmosda qursun. "2016-cı ildə Montrealda kosmos qanunları mövzusunda konfransa qatılmışdım. Çıxışları dinlədikdə beynimdə bu ideya möhkəmləndi: yeni ölkə nədən kosmosda olmasın?”-Aşurbəyli deyib.
Beləlikə, Aşurbəyli öz dövlətini ötən il Vyanada rəsmən elan edib. Bu yaxınlarda isə "Asgardiya”nın parlamentini, hakimiyyətini formalaşdırmağa başlayıb. Onun bildirdiyinə görə hazırda hakimiyyətdə və parlamentdə 200-dən çox adam işləyir. "Asgardiya” ilk peykini ötən il kosmosa buraxıb. Növbədə digər peyklər var. "25 il ərzində ilk asqardiyalının kosmosda məskunlaşmasını gözləyirik”- o deyib.
Aşurbəyli bildirib ki, "Asgardiya”nın bütün xərclərini hələlik o özü şəxsi büdcəsindən təmin edir. Lakin qarşıdakı 25 il ərzində bu dövləti qurmaq üçün 2.5 trilyon avro xərclənəcək.
Azərbaycanlı milyarder hazırda "Asgardiya” vətəndaşlığı almaq üçün müraciət edənlərin sayı 240 min nəfərdən çox olduğunu deyib. Müraciət edənlər əsasən ABŞ, Türkiyə, Hindistan və Çindəndir. Aşurbəylinin bildirdiyinə görə onun yeni dövləti əvvəlcə Yer üzündəki dövlətlərlə ikitərəfli münasibətlər yaradacaq, bundan sonra BMT-yə üzvlük üçün müraciət ediləcək.
Aşurbəyli onun dövlətində hamının bərabər olacağını və Yer üzündəki münaqişələrin "Asgardiya” dövlətinə daşınmayacağını deyir. Onun ikinci əsas məqsədi Yer üzündəki hər kəsin kosmosa sərbəst çıxış imkanlarına malik olmasıdır. Nəhayət Aşurbəylinin dövləti kosmosda formalaşan təhdidlərdən Yer planetini qorumaq məqsədi güdəcək. "Asgardiya” dövlətinin vətəndaşı olmaq üçün asgardia.space saytındakkı xüsusi formanı doldurmaq lazımdır. Aşurbəyli deyir ki, bu dövlətə vətəndaş olmaq hələlik pulsuzdur, amma gələcəkdə ildə 100 avro kimi simvolik məbləğ alınması planları var. Və kosmik dövlətin pasportu üzərində də iş gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm