"Kreditlə bağlı mövcud gərginliyi azaltmaq üçün..." - Deputat



"Azərbaycanda "kredit risklərinin sığortalanması haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır, bu qanuna ehtiyac var”.

Sherg.az bildirir ki, bunu parlamentin bugünkü iclasında deputat Əli Məsimli söyləyib: 

"Bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər".

Ə.Məslimli bununla yanaşı xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də "Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Anar