Lavrovun fikrindən çıxan nəticə: Kremlin razılıq vermədiyi həll planı reallaşa bilməz"

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib". 
"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 
Onun fikrincə, bütün hallarda Lavrovun cümləsindən çıxan nəticə odur ki, "mənim (oxu: Kremlin) razılıq vermdiyim həll planı həyata keçirilə bilməz: 
"Rusiyanın xarici işlər nazirinin digər fikri də maraqlıdır. O qeyd edir ki,  BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrindəki bəzi məsələlər səylər tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi məcburi xarakter daşıyır, Lavrovun işarə etdiyi "səylər” şeytanın gizlə(t)diyi detallardır. 
Yəni Moskva Ermənistana bu qətnamələri yerinə yetirməyə məcbur etməyəcək. Lavrov bölgəyə ötən səfərində də bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili işi deyil. Lavrovun bizə ünvanladığı mesajların sayı durmadan artır".
Ayyət ƏHMƏD