“Le Figaro” Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
18:29 22.10.2020
Arxiv
484
Fransanın “Le Figaro” nəşri Ermənistan silahlı qüvvələrinin Tərtərin mülki əhalisini durmadan atəşə tutması barədə xüsusi məqalə dərc edib.
Məqalənin müəllifi nəşrin Tərtərə ezam olunmuş xüsusi müxbiri Emmanuel Gyrynszpandır. Yazıda ilk olaraq Tərtərin 24 000 sakini olduğu və bu sakinlərin hər gün ağır artilleriya qurğularından atılan mərmi yağışlarına məruz qaldıqları qeyd olunur.
Həmçinin qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Tərtəri hər tərəfdən atəşə tutur və mülki sakinlərin çox sayda evləri tamamilə yararsız hala düşüb. Tərtərin Dağlıq Qarabağda yerləşən ən yaxın erməni mövqelərindən 20 km uzaqlıqda olduğunu qeyd edən müəllif düşmənin ağır artilleriya qurğularından atəş açdığını vurğulayır.
Müəllif həmçinin yerli sakin və polislə burada baş verən hadisələrlə bağlı açıqlamalarını da qeyd edib. Onlar mərmilərin düşdükləri əraziləri, atəş nəticəsində küçədə mülki şəxsin həlak olması barədə məlumat veriblər.
Məqalədə qeyd olunur ki, 27 sentyabdan bu yana Tərtərdə 14 mülki şəxs həlak olub və Tərtər və yaxın ərazilərə 15 000 mərmi düşməsi nəticəsində 116 ev tamamilə dağılıb. Baş verənlərə baxmayaraq, sakinlərin heç vaxt öz evlərini tərk etməyəcəkləri və nə baş verirsə versin, burada qalmaq istədikləri, sadəcə qadın və uşaqların daha təhlükəsiz ərazilərə aparıldığı vurğulanır.
Yazıda həmçinin Tərtər şəhərində hərbi qüvvələrin olmadığı, lakin bununla belə, erməni qüvvələrinin hərbi obyekt olmadığı açıq-aydın bilinən, xüsusilə də məcburi köçkünlərin yaşadığı binaların yerlə-yeksan edilməsi qeyd olunur.
Müəllif Tərtərin münaqişənin mərkəzi hissəsində yerləşdiyini və bu qarşıdurmadan əziyyət çəkdiyini qeyd edir. O həmçinin öz məqaləsində yerli sakinlərdən birinin Fransanın işğalçı Ermənistanı dəstəkləməsi barədə iradlarını da qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm