Liviyada 2 BMT əməkdaşı həlak oldu


Liviyanın Havari bölgəsində, feldmarşal Xəlifə Xaftarın qüvvələrinin nəzarəti altındakı rayonda BMT missiyasının binasının qarşısında partlayış olub.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, partladıcı maddə ilə yüklənmiş avtomobil partladılıb. Teraktda BMT əməkdaşları - Liviya vətəndaşı Həsən Hədar və Fici vətəndaşı Tebes Aravan yaralanıblar.

6 nəfər yaralanıb. Onlar Benqazi şəhərindəki hospitala aparılıblar.

Terakta görə heç bir qruplaşma məsuliyyəti boynuna götürməyib.