Lütfi Zadə Mehriban Əliyevanı təbrik edib
12:34 09.03.2017
Arxiv
326
ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı vitse-prezident təyin olunması münasibətilə təbrik edib.
Sherg.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:
"Çox hörmətli Mehriban Əliyeva.
Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizin təyinatınızdan həqiqətən şadam, çünki Siz son 15 ildə Azərbaycanda və dünyada sülhə və insan haqlarına nail olmaq üçün yorulmadan çalışmısınız.
Mən hər zaman Sizin fəaliyyətinizi böyük maraqla izləmişəm. Azərbaycanın inkişafı və rifahı üçün göstərdiyiniz səylərə görə Sizə minnətdaram və bunun üçün çox xoşbəxtəm.
Əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan parlamentinin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olduğunuz müddətdə humanitar və sosial layihələrə hərtərəfli töhfələrinizlə Siz həm Azərbaycanda, həm də dünyada milyonlarla insanın məhəbbətini və hörmətini qazanmısınız.
Mən Azərbaycan ilə xarici ölkələr arasında sosial və siyasi əlaqələrin yaradılmasındakı möhtəşəm səylərinizi və dünya miqyasında beynəlxalq tədbirlərin keçirilməsindəki rəhbərliyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, Siz yeni vəzifənizlə bağlı bütün işlərinizdə böyük uğurlar qazanacaqsınız.
Sizə böyük uğurlar arzu edirəm və əminəm ki, Sizin bütün səyləriniz Azərbaycanın hərtərəfli inkişafına töhfə verəcək.
Azərbaycan mənim doğma vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
12:50 01.10.2026
Ölkə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət