Maduro ABŞ-la bütün əlaqələr kəsdi, 72 saat ərzində...






Venesuela parlamentinin spikeri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Axar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp da öz növbəsində Quaidonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.

***

Amerika Dövlətlərinin Baş Assambleyasının baş katibi Luis Almarqo da Xuan Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

"Prezident səlahiyyətlərinin icraçısı Xuan Quaidonu təbrik edirik. Ölkəyə yenidən demokratiyanın gətirilməsində o, bizim yardımımıza güvənə bilər”, - deyə Almarqo bəyanatında bildirib.

***

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib.