Makrona hücumun qarşısı alınıb - Hadisə ilə bağlı 6 nəfər saxlanıldı




Fransada təhlükəsizlik əməkdaşları ölkə prezidenti Emmanuel Makrona hücum planlaşdıran 6 nəfəri saxlayıblar. 

Trend-in məlumatına görə, saxlanılanların radikal görüşlü şəxslər olduğu bildirilir. Məlumata görə, xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib. 

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.