Masallıda ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan qadın ölüb - YENİLƏNİB
19:32 04.08.2018
Arxiv
750
Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət almış qadın dünyasını dəyişib.
"Report" xəbər verir ki, istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı xəstəxanada keçinib.
Hadisə bu gün Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan S.Mirzəyeva "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı qadının huşsuz vəziyyətdə olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
***20:43
Bakı. 4 avqust. REPORT.AZ/ Masallı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumatda Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşdığı bildirilib.
Bununla əlaqədar olaraq Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı hadisə yerində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı S.Mirzəyevanın huşsuz vəziyyətdə olduğu müəyyən edilib. Əməliyyat başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya