- Son Xəbərlər
- Gündəm
- COP29
- Siyasət
- Cəmiyyət
- Hadisə
- İqtisadiyyat
- Tarix
- Müsahibə
- Dünya
- İdman
- Elm və Təhsil
- İnfrastruktur
- Futbol
- Son dəqiqə
- Qarabağ
- Mədəniyyət
- Cənubi Qafqaz
- Rəsmi
- Yazarlar
- Reportaj
- Media
- Fotoqalereya
- Arxiv
- Şou
- Relaks
- Aktual
- Ədəbiyyat
- Sağlamlıq
- Texnologiya
- Sosial
- Hərbi
- Region
- Ölkə
- Ekologiya
- Maraqlı
Son xəbərlər
"Maşın"ın 18-ci sürətini gözləməyə dəyər"
İsmayıl Qocayev
09:08 05.08.2019
Arxiv
1356
Murad Dadaşov: "Bu dəfə iştirakçılar həddindən artıq maraqlı simalardan təşkil olunacaq"
"İştirakçı xanımlara məsləhətim odur ki, şou zamanı sona qədər kartlarını açıq sərgiləməsinlər. Bir az gizli tərəflər saxlasınlar"Xalq artisti Murad Dadaşov məşhur "Maşın" şousuna növbəti dəfə start verəcək. Yarışma bu dəfə oktyabrda keçiriləcək. Yenə də məşhur simalar avtomobil uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Maşın"ın 17-ci buraxılışından sonra M.Dadaşov şoudan getmək istədiyini bildirib.
O, açıqlamasında "Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim olmamışdı. "Maşın" şounun növbəti buraxılışına biz gərək vaxt ayıraq. Qoy həm tamaşaçı, həm də biz darıxaq. Bu dəfə yaz aylarında keçirilməsi olan şounu payıza salacağıq. İştirakçılar qismində maraqlı bir heyət yığmaq istəyirəm. Ona görə ki, 18-ci sürət gəlir, yarışmaçıların sayı da 18-dir" sözlərini demişdi.
Maşının 18-ci sürəti ilə bağlı Murad Dadaşov «Şərq»ə danışıb. Tanınmış şoumen 18-ci sürətin digərlərindən nə ilə fərqlənəcəyini və bu dəfə maşın ətrafında kimlərin yer alacağına dair ipucu verdi:
«Bəli, "Maşın"ın növbəti sürəti barədə düşünürük. Payız aylarında maşına start vermək niyyətimiz var. 18-ci sürət olduğu üçün ilk əvvəl onu deyim ki, iştirakçıların sayı 18 olmalıdır. Bu dəfə də "Maşın" ətrafında yaxşıların ən yaxşıları yer alacaq. "Maşın" hər buraxılışı ilə yadda qalıb. Hər "Maşın" biri-birindən maraqlı olub.
Qaldı soruşursuz ki, əsasən hansı kriteriyalar əsasında "Maşın"a tanınmışlar dəvət edilir, bizim özümüz üçün müəyyən etdiyimiz kriteriyalar var. Vacib olan tərəflərdən biri odur ki, o insan sosial mediada tanınsın, sima olaraq bilinsin. Yəni orda iştirakçının şəxsi keyfiyyətlərindən başqa eyni zamanda digər iştirakçılarla ünsiyyətdə maraqlı, maşın ətrafında digərlərindən kölgədə qalmaması önəmlidir.
Ayrılan az vaxtdan səmərəli istifadə etsin. Tamaşaçılara maraqlı taktiki addımlar göstərsin, strategiya sərgiləsin. Bir sözlə, maraqlı oyun nümayiş etdirsin.
O qədər olub ki, "Maşın"a qonaq dəvət etmişik, amma qeyd etdiklərimi maşın ətrafında olarkən o məşhurda tapa bilməmişəm. O qədər zəif oyunçu olub ki, təəssüf etmişəm. Əksinə hallar da olub. Deyək ki, dəvət etmişik, amma müəyyən tərəddüdlər olub. "Maşın"da insan elə oyun göstərib ki, çox yadda qalıb. Onlar maraqlı insanlar kimi mənim üçün də yadda qaldılar.
Deyək ki, Üzeyir Mehdizadə mənim üçün maraqlı və çox böyük tərbiyəyə sahib insan olaraq yaddaşımda iz qoya bildi. Onun haqqında müxtəlif fikirlər ola bilər. Mənim üçün o insan özlüyündə maraqlıdır. Ora dəvət etdiyim qonaqların hər biri sanki mənim evimin qonağıdır. Ev sahibi çalışır ki, dəvət etdiyi qonağa qarşı hörmətli qalsın. Mən ev sahibi olaraq bunu nəzərə alıram, çalışıram ki, şou boyu onların adlarına, statuslarına xələl gəlməsin. Misal üçün, Üzeyir haqqında onu deyə bilərəm ki, ola bilsin, cəmiyyətdə onun barədə müxtəlif rəylər var. Sənəti var, yox, bu başqa bir mövzudur. Mənim üçün vacib bir məqam var - Üzeyir çox tərbiyəli bir insandı. Mən onu belə tanıdım. Deyim ki, gözləmirdim, yox. Bilirdim, tam şahidi oldum. Gənc, istedadlı bir çoxları bəzən tanınmış olduqları üçün özlərini fərqli apara bilirlər. Bunun çox şahidi olmuşam. Amma Üzeyir bu qədər tanınmağına baxmayaraq sadə bir xarakterə sahibdir.
Mən Üzeyirdə ulduzluq görmədim. Halbuki, o, bu gün gənc yaşında təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə -Rusiyada, Özbəkistanda, Orta Asiyada, Türkiyə və İranda məşhurdur.
Gəlin etiraf edək ki, bu gün onu tanıyanların sayı milyonlardı. Onun musiqisini kimsə sevə sevməyə bilər. Bu, zövq məsələsidir. Maşın ətrafında olan iştirakçının sima olaraq tanınmış olması vacibdir. Misal üçün, Xatun o qədər böyük yumor hissinə malik insandır ki. Mən onu belə tanımırdım, yaddaşımda maraqlı insan kimi qaldı. Elcan maraqlı iştirakçı olaraq yaddaşımda iz qoydu. O qədər dərin oyun apardı ki, sən demə, oranın «Boz kardinalı» imiş. Bir var tamaşaçıları təəccübləndirə biləsən, bir də var mənim özümü, komandanı təəccübləndirməyə gücün çatsın.
O bunu bacardı. Bir sözlə, maraqlı iştirakçıları budəfəki sürətə nəzərdə tutmuşuq. 18-ci sürət cüt rəqəmdi deyə iştirakçılar 18 nəfərdən ibarət olacaq. Böyük həyəcanla payız aylarına "Maşın" şounu gözləməyə dəyər.Çünki xeyli vaxtdı efirdə yoxdu. Xanımlarla kişilər arasında olan maraqlı taktikaya gəldikdə isə xanımlar ilk günlər daha maraqlı olurlar. Sadəcə onlar o qədər ehtiraslı oynamağa başlayırlar ki, şounun sonuna yaxın biri-birinə qarşı o qədər mübariz olurlar ki, sonda finalı kişilərə buraxırlar. Şounun sonunda qadın iştirakçılar öz hisslərini cilovlaya bilmir, maşın kişilərə qalır.
Ona görə 18-ci buraxılışa dəvət olunacaq xanımlara məsləhətim odur ki, şou zamanı sona qədər kartlarını açıq sərgiləməsinlər. Bir az gizli tərəflər saxlasınlar, sirli qalsınlar ki, qazana bilsinlər».
Bizi YouTube-da izləyin
Video xəbərlər, reportajlar və müsahibələr kanalımızda.
Abunə ol
Bizi Facebook-da izləyin
Günün əsas xəbərləri Facebook səhifəmizdə.
İzlə
Bizi TikTok-da izləyin
Qısa videolarla ən maraqlı xəbərlər TikTok-da.
İzlə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
22:40 26.11.2026
Hadisə
Tərtər “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçildi
22:23 26.11.2026
Ölkə
Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur
22:06 26.11.2026
Region
Tokayev TikTok-u beyni öldürən dəhşətli bir şey adlandırıb
21:50 26.11.2026
Aktual
Trampdan Putinə: Avropaya hərbi təcavüzü dayandır!
21:37 26.11.2026
Dünya
Rusiya səfiri İsveç XİN-ə çağırılıb
21:25 26.11.2026
Dünya
Tovuzda iki qadını maşın vurdu
21:13 26.11.2026
Hadisə
Ağsuda zəlzələ oldu
21:01 26.11.2026
Hadisə
İran Küveytin hücumla bağlı ittihamlarını təkzib edib
20:52 26.11.2026
Aktual
Rusiya və İran rəsmiləri Yaxın Şərqdəki böhranı müzakirə etdi
20:40 26.11.2026
Region
Tanınmış futbolçu qəzaya düşdü
20:31 26.11.2026
Futbol
Bakıda ikimərtəbəli yaşayış evində yanğın olub
20:19 26.11.2026
Hadisə
Media və Yayım Şurası bu telekanalı cərimələdi
20:10 26.11.2026
Media
Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
19:47 26.11.2026
Region
İsrail HƏMAS-ı yeni hərbi əməliyyatla hədələdi
19:39 26.11.2026
Aktual
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı - Açıqlama
19:30 26.11.2026
Elm və Təhsil
18 ölkədə beynəlxalq əməliyyat: 65 nəfər tutuldu
19:08 26.11.2026
Dünya
"Sabah"la matçda 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
18:52 26.11.2026
Futbol
İranın Küveytə PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb
18:45 26.11.2026
Gündəm
Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:30 26.11.2026
Cənubi Qafqaz
Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib
18:22 26.11.2026
Dünya