
Məcburi köçkünlər daim diqqətdədir: "Dövlətimizin siyasətində vətəndaşın sosial problemlərinin həll edilməsi prioritetdir"
13:14 25.12.2018
Arxiv
297
Ölkə başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Təsadüfi deyil ki, bu günə qədər 290 minədək köçkün yeni mənzillə təmin edilib. Bu il isə dövlət tərfindən 5800 məburi köçkün ailəsinə yeni ev verilib.
Dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət hər zaman ictimaiyyət nümayəndələri tərəfindən də yüksək dəyərləndirilib.
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az”a açıqlamsında bildirib ki, ölkə başçısı məcburi köçkünlərin mənzillə təmin edilməsi kimi olduqca məsuliyyətli bir işi üzərinə götürüb:
"Hər dövlət xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarının sosial problemlərini bu cür yüksək səviyyədə həll etmir. Torpaqlarımızın 20 faizi işğal olunub, 1.2 milyon nəfər məcburi köçkündür. İndiyə kimi təxminən 200 mindən çox məcburi köçkün dövlət hesabına mənzillə təmin edilib. Bu il isə onların sayı rekord dərəcədədir: 5800 ailə, yəni 20 min nəfər məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılıb. Bunun özü bir daha göstərir ki, vətəndaşın sosial problemlərinin həll edilməsi dövlətimizin daim diqqətindədir”.

Deputatın sözlərinə görə, prezidentin yürütdüyü siyasətin əsasını məcburi köçkünlərin problemlərinin aradan qaldırılması təşkil edir:
"Qaçqınların mənzillə, işlə təmin edilməsi, sahibkarlıqla məşğul olmaları üçün şəraitin yaradılması, vergilərdən azad edilməsi, övladlarının ali məktəbə qəbul olarkən təhsil haqlarından azad edilməsi olduqca ciddi məsələlərdir. Bütün bunlar bir daha sübut edir ki, müstəqilliyimiz bu gün Azərbaycan vətəndaşının mənafeyi üçün çalışır. Müstəqilliyimiz vətəndaşlarımızın problemlərinin həll edilməsi ilə xarakterizə edilir. Cənab Prezidentimizin "mən hər bir azərbaycanlının prezidenti olacağam” fikri bu cür məsələlərdə də öz təsdiqini tapır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə