"Ailənin rolu o olmalıdır ki, yeniyetmənin çılğın vaxtında düşünülməyən addımlarının qarşısını alsın, onunla söhbət etməyi bacarsın"
Məktəbli qızların "ər həvəsi"
08:44 30.12.2018
Arxiv
736
"8-ci sinifdə oxuyan qız uşaqlarının beyninə evlilik fikrini salan valideynlərdir"
"Ailənin rolu o olmalıdır ki, yeniyetmənin çılğın vaxtında düşünülməyən addımlarının qarşısını alsın, onunla söhbət etməyi bacarsın"
"Ailənin rolu o olmalıdır ki, yeniyetmənin çılğın vaxtında düşünülməyən addımlarının qarşısını alsın, onunla söhbət etməyi bacarsın"
İki gün öncə qaçırılan səkkizinci sinif şagirdi Şəfəq Məmmədova (ad və soyad şərtidir) tapılıb və ailəsinə təhvil verilib. Xəzər rayonundakı 230 saylı orta məktəb şagirdin avtomobil ustası işləyən şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub.
15 yaşlı qızın erkən nikaha həvəs göstərməsinə səbəb kimi ailə basqısından can qurtarmaq istəyi ehtimal olunur. Məlumata görə, iki ildir sözügedən məktəbdə oxuyan qızın atasıyla anası bir müddətdir ayrılıb. Qızın anası isə ikinci dəfə ailə qurub. Qızın atalığıyla münasibətlərində problem olduğu istisna edilmir.
Yeniyetmə qızların dərsdən yayınaraq evliliyə həvəs etməsi kimi problemlər həmişə olub, bundan sonra da olacaq. Bizim cəmiyyətin ən mənfi cəhəti odur ki, gördüklərimizdən nəticə çıxarmağı bacarmırıq. Biz, gözü çıxanı görə-görə onun etdiklərini etməyə davam edirik. Erkən yaşda evlənib, ailəsinin israrına rəğmən təhsilini yarıda kəsib tanış olduğu oğlanla qoşulub qaçan qızların peşmanlıq etirafını azmı görmüşük? Ortada bu qədər fakt varkən, qızlarımız niyə təhsilini atıb ər axtarışına çıxır?
Bəlkə doğrudan da ailə basqısı, ailədəki sosial çətinliklər, bəzən hətta şiddətə yönəlik davranışlar qızları əlacsız ər axtarışına sövq edir?
Sosioloq Lalə Mehralının sözlərinə görə, məktəbli qızların erkən yaşda "ər həvəsi”nə düşməsinin ən böyük məsuliyyəti valideynlərin üzərinə düşür. Onun sözlərinə görə, 8-ci sinifdə oxuyan qız uşaqlarının beyninə evlilik fikrini salan elə valideynlərdir:
"Qızın qoşulub qaçması valideyni məsuliyyətdən azad etmir. 15-16 yaşlarında müəyyən həvəslənmələr ola bilər. Amma bu həvəslənmədə ailənin rolu o olmalıdır ki, yeniyetmənin çılğın vaxtında düşünülməyən addımlarının qarşısını alsın, onunla söhbət etməyi bacarsın. Bundan sonra proseslər özü tənzimlənəcək. Ailədə sevgi yoxdursa, təbii ki, kimsə oradan qaçmağa çalışacaq.
Hesab edirəm ki, 15 yaşlı bir qız uşağını evlənmək məqsədi ilə tanış olduğu ilk oğlanla qoşulub qaçmasına vadar edən səbəblər araşdırılmalıdır. Bəlkə də qızın özünün psixoloji durumu yerində olmayıb. Yaxud da ona ailədə o qədər basqılar olub ki, onun üçün evlənmək tək qurtuluş yolu kimi görünüb”.
Sosioloq deyib ki, valideynlər bu məsələyə nə qədər məsuliyyətsiz yanaşsalar, onların sayı günü-gündən artacaq. Uşaq yaşda ana olacaq qızlar fiziki, psixoloji xəstəliyə məruz qalır:
"Bəzi qızlar vaxtından əvvəl böyüyür, yaşıdlarından seçilir. Amma istənilən halda o hələ uşaqdır. Bir qadının ana olması, orqanizmin özünü buna hazırlaması üçün 18 yaşını tamamlaması gərəkdir.
Hüquq-mühafizə orqanları və Ailə Qadın Uşaq Komitəsi yeniyetmə yaşlı uşaqlarla bağlı birgə proqram hazırlamalı və problemli ailələri nəzarətdə saxlamalı, onları reabilitasiyaya cəlb etməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya