Məşhur döyüşçümüz qələbəsini şəhidlərə həsr etdi - AÇIQLAMA
12:55 28.03.2017
Arxiv
580
Xəbər verdiyimiz kimi peşəkar kikboksçumuz Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində qalib olub.
Sherg.az xəbər verir ki, müxtəlif beynəlxalq turnirlərin qalibi, Dünya Kəmərinin sahibi Xəyal Əhmədov mətbuata açıqlamasında qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr etdiyini deyib.
"Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində rəqibim üzərində qələbə qazandım. Daim bizə öz dəstəyini göstərən, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə və federasiyasının rəhbər heyətinə dərin minnətdarlıqlarımı bilidirirəm. Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın uğurları davam edir.
Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi böyük coşqu və izdihamlı keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Bildiyiniz kimi, aprel hadisələrinin ildönümü yaxınlaşır. Qələbəmi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhuna həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur”,-deyə idmançı bildirib.
Qeyd edək ki, "Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb.
X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – "RuhrCongress”də təşkil olunmuş döyüşündə də inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Wosnitza üzərində təmiz qələbə qazanıb.
Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm