Məşhur gürcü şairinin qızı yeni sağ mərkəzçi siyasi partiya yaratdı
18:12 10.03.2019
Arxiv
664
Gürcüstanda yeni "Qanun və hüquq” adlı, Qərb yönümlü, sağ mərkəzçi siyasi partiya yaradılıb.
AZƏRTAC xəbər verir ki, martın 10-da Tbilisidə partiyanın təsis qurultayı keçirilib. Qurultayda 11 siyasi partiyanı özündə birləşdirən "Güc birlikdədir” blokunun üzvləri və digər siyasi partiya və hərəkatların üzvləri iştirak ediblər.
Partiyanın sədri Tako Çarkviani çıxışında deyib: "Məqsədimiz ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməkdir. Bunun üçün elə edəcəyik ki, bütün siyasi partiyalar bizim sıralarımıza qoşulsunlar”.
Qurultayda partiyanın prioritet istiqamətləri açıqlanıb.
Siyasi partiya ilk növbədə korrupsiya əleyhinə qanun hazırlayacaq. Çalışacaq ki, korrupsiya hərəkətləri ilə yanaşı, korrupsiya mentaliteti də cinayət məsuliyyətinə səbəb olsun.
Siyasi partiya həmçinin, yaxın vaxtlarda Gürcüstanın regional inkişaf planını və soydaşların ölkəyə qayıtmaları üçün proqram hazırlayacaq.
Partiya ölkə ərazilərinin işğal faktı ilə barışmayacaq, işğal əleyhinə hərəkat yaradacaqdır.
"Qanun və hüquq” partiyası bütün qərb yönümlü partiyalarla əməkdaşlıq edəcəyini bəyan edib.
Tako Çarkviani bildirib ki, partiya tam müstəqil olacaq, siyasi qurumun fəaliyyəti, maliyyələşməsi tam şəffaf olacaq.
"Qanun və hüquq” siyasi partiyasının sədri pianoçu və publisistdir, məşhur gürcü şairi Cansunq Çarkvianinin qızıdır.
Tako Çarkviani 2018-ci ildə prezident seçkilərində "Vahid milli hərəkat” partiyasının namizədi Qriqol Vaşadzenin təbliğat kampaniyasında fəal iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm