Məsut Özil millidən getdi – Ərdoğanla görüşə görə
19:03 22.07.2018
Arxiv
1751
"Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub.
Qol.az-ın məlumatına görə, türk əsilli futbolçu qərarını şəxsi "Twitter” hesabından açıqlayıb. 29 yaşlı oyunçu bu addımını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londondakı görüşündən sonra Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətlə əlaqələndirib:
"Son hadisələrlə bağlı xeyli düşündükdən sonra daha Almaniya millisində oynamamağı qərara aldım. Çünki özümə qarşı irqçi və ədalətsiz münasibət hiss edirəm. Millinin formasını hər zaman qürur və sevinclə geyinmişəm. İndi isə belə deyil.
Bu qərarı qəbul etmək çox çətin oldu. Həmişə komanda yoldaşlarım, məşqçilərim və alman xalqı üçün meydanda hər şeyimi ortaya qoymuşam. Ancaq Almaniya Futbol Federasiyası rəsmilərinin türk mənşəyimə hörmətsiz yanaşdıqlarını və məni eqoistcə siyasi təbliğata apardıqlarını görəndə, düşündüm ki, artıq bəsdir. Bunun mənim futbolçu olmağımla bir əlaqəsi yoxdur. Sadəcə, oturub, bunlara göz yummayacağam. Çünki irqçilik qəbulolunmaz bir şeydir”.
Qeyd edək ki, Özil "Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya