Mətbuat Şurası: “Müdafiə Nazirliyi daha aktiv olmalıdır”
13:42 03.03.2017
Arxiv
643
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlikdə duran birinci məsələ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısının alınması ilə bağlı vəziyyətin mediada işıqlandırılmasına dair müzakirələr olub.
Bildirilib ki, medianın cəbhə xəttində baş verənlərə münasibəti ümumən ictimaiyyətin mənafeyinə söykənir. Cəmiyyət üzvləri hər zaman Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həssasdır. Bu xüsusdakı hər hansı durum diqqətlə izlənilməkdədir.
İclasda bildirilib ki, Mətbuat Şurası fevralın 24-dən 25-ə keçən gecə törədilmiş erməni təxribatı ilə bağlı vəziyyətin KİV-lərdə işıqlandırılmasından narahatlığını konkret bir məsələ müstəvisində ifadə edib.
Qurum ermənilər tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin yer aldığı iddia olunan görüntünün ölkə mediasında yayımlanması hallarının yolverilməzliyini vurğulayıb.
İclasda o da bildirilib ki, cəbhə xəttindəki vəziyyətin cəmiyyətdə, eləcə də mediada hər hansı neqativ meylləri doğurmaması üçün əlaqədar dövlət orqanları daha çevik fəaliyyət göstərməli, informasiya boşluğunun yaranmasına heç bir halda imkan verməməlidirlər.
Təcrübə göstərir ki, gərgin durumlarda yaşanan informasiya durğunluğundan düşmən qüvvələr maksimum istifadə edirlər. Bu proses yalnız medianı deyil, daha geniş auditoriyaya malik sosial şəbəkələri də əhatə edir. Ona görə də Müdafiə Nazirliyi daha aktiv olmalı, quruma da ictimaiyyət tərəfindən dəstək göstərilməlidir. İclasda bu kimi məsələlərlə əlaqədar MN rəhbərliyi ilə KİV rəhbərlərinin görüşün təşkilinin zəruriliyindən söz açılıb.
MŞ İdarə Heyətinin iclasının gündəliyində duran ikinci məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif olunan dəyişikliklərlə bağlı olub. Mövcud xüsusda dəyişikliklərin son dərəcə əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki layihə ölkəmizin hüquqi münasibətlər sisteminə yeni anlayışların gətirilməsi baxımından önəmlidir. Bu anlayışları vacib edən cəhət onların praktik vəziyyətə adekvatlığıdır.
Çünki internet məkanda tənzimləmələrin aparılması məsuliyyət hissinin artırılması, neqativ halların və sui-istifadə meyllərinin aradan qaldırılmasının təminatıdır.
Bildirilib ki, internet məkanda tənzimləmə prosesinin başlanması internet media orqanlarının hüquqi statusunun müəyyənləşdirilməsini də prioritet vəzifə kimi qarşıya qoymaqdadır. İndiki durumda internet media hüquqi baxımdan KİV kimi çıxış etmir. Mövcud durum onun KİV olaraq imtiyaz qazanmasına, habelə məsuliyyət daşımasına maneçilik törədir. Buna görə də "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda da müvafiq dəyişiklərin aparılmasına ehtiyac var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya