Mətbuat Şurasının İdarə Heyətinin iclasında 83 şikayət araşdırılıb
11:01 05.02.2018
Arxiv
573
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki birinci məsələ Azərbaycan Mətbuat Şurasının 2017-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi olub. Bununla bağlı sədr Ə.Amaşov çıxış edərək bildirib ki, Azərbaycan Mətbuat Şurasına 2017-ci ildə 602 müraciət qeydə alınıb. Bunlardan 171-i kütləvi informasiya vasitələrinin, o cümlədən internet xəbər portallarının fəaliyyətindən yazılı, 203-ü şifahi şikayətlərdir.
Daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın Katibliyində baxılıb. 88 şikayətin 35-i ilə əlaqədar şikayət müəllifi ilə müvafiq izahat işi aparılıb. 53 şikayət üzrə şikayətçi və cavabdeh tərəf Şuraya dəvət edilib və məsələnin həlli ilə bağlı Katiblik tərəfindən təqdim edilmiş variantlar tərəfləri qane etdiyindən məsələ bitmiş hesab olunub.
Daxil olan 171 şikayətdən 83-ü Mətbuat Şurasının müvafiq komissiyalarında araşdırılıb. Bu baxımdan Şikayətlər üzrə Komissiyanın və "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyəti vurğulanmalıdır.
Şikayətlər üzrə Komissiyada baxılan 83 şikayət üzrə çıxarılmış 27 rəydə cavabdeh tərəfin peşə müstəvisində yol verdiyi nöqsanlar vurğulanmaqla yanaşı, məsələnin eyni zamanda "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirəsi məqsədəuyğun sayılıb.
"Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılmış 27 şikayətdən 18-də məsələ ilə bağlı araşdırılmaların davam etdirilməsi rəyinə gəlinib. 9 rəydə isə cavabdeh KİV-in adının Şuranın "qara siyahı”sına daxil edilməsi əksini tapıb.
Şikayətlər üzrə Komissiyanın 83 rəyindən 56-da çıxarılmış rəy konkret məsələ üzrə yaranmış mübahisənin həllini nəzərdə tutub. Bunlardan 11-də şikayətçi tərəfin arqumentlərinin əsassızlığı əksini tapıb. Digər 45 rəydə isə cavabdeh KİV-in "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın hansı prinsip və bəndlərini pozduğu müəyyənləşdirilib.
Peşə davranışı qaydalarının pozulmasındakı xarakterik xüsusiyyətlərin, Mətbuat Şurasının çıxardığı qərar və rəylərin nələri nəzərdə tutduğunun, Şuranın tədbirlərinin, dövlət proqramından irəli gələrək gördüyü işlərin və digər məsələlərin əksini tapdığı hesabat səsə qoyularaq qənaətbəxş qiymətləndirilib.
Qeyd edək ki, hesabatın tam mətni Mətbuat Şurasının rəsmi internet səhifəsində yerləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya