Metyu Brayza narahatdır
Turan
07:57 12.03.2021
Arxiv
633
Keçmiş həmsədr Bayden hökumətinin Ankara ilə problemlər yaşayacağına işarə edib
Amerikalı diplomat, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza “CNN Türk” açıqlamasında Türkiyə-ABŞ münasibətlərindən danışıb.
“Şərq” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Metyu Brayza Co Bayden Administrasiyasının normal siyasət yeridəcəyindən və Ankara ilə yaxından əməkdaşlıq edəcəyindən narahatlıq duyduğunu deyib:
“Bayden hökuməti Türkiyə-ABŞ arasındakı strateji ortaqlığı yeniləmək niyyətində olsa da, Suriyanın şimalındakı YPG-yə dəstək olması vəziyyəti gərginləşdirir. Türkiyənin bu məsələyə necə həssas yanaşdığını bilirəm. YPG-nin bir terror təşkilatı olduğunu da bilirəm. PKK-nın məqsədindən də xəbərdaram. PKK Suriya və İraqa keçəndən sonra adını YPG kimi dəyişdirdi. Barak Obama hökuməti isə YPG-ni “Suriya Demokratik Qüvvələri”nə çevirdi. Bayden hökumətinin bu yanlış siyasəti davam etdirməsindən narahatam. Düşünmürəm ki, bu problemi tezliklə həll etmək mümkün olacaq. Yaxşı olar ki, Vaşinqton və Ankara YPG məsələsini sonraya saxlayaraq, öncə başqa məsələlərin həllinə yönəlsinlər. Zamanla araları düzələndən və yaxınlaşma olandan sonra Suriyanın şimalındakı məsələlərə qayıda bilərlər”.
Brayzaya görə, əslində tərəflər bir-biri ilə normal münasibət saxlamaqda maraqlıdır:
“Hər iki tərəf müəyyən addımlar atmalıdır. Prezident Bayden “Türkiyə-ABŞ münasibətləri çox əhəmiyyətlidir, sanksiyaları qaldıracağam, generallarımın sözlərini dinləməyəcəyəm” sözlərini dilə gətirdi. Bu, çox önəmlidir. Əsas məsələ ABŞ Konqresini razı salmaqdır, çünki qanunun müəllifləri onlardır. Zaman keçdikcə münasibətlər yaxşılaşdıqca, konqres sanksiya qanununun dəyişdirilməsinə qərar verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə