Metyu Brayzanın söylədikləri sadəcə ehtimaldır
07:25 18.11.2017
Arxiv
898
ABŞ-ın öz həmsədrini geri çağıracağı inandırıcı deyil
Amerikalı diplomat Metyu Brayza Vaşinqtonun ATƏT-in Minsk Qrupundakı həmsədrini geri çağıracağını bildirib. Brayza deyib ki, ABŞ Dövlət Departamenti maliyyələşmənin azaldılması üçün bir sıra qərarlar verir.
İxtisarlar arasında həmsədrlik missiyası da yer ala bilər. Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, nəzəri baxımdan həmsədrlərdən biri azalarsa, Minsk Qrupunun formatı dəyişəcək: "ABŞ-ın həmsədr saxlamağa pulu çatmırmı? Əgər çatmırsa, özləri bilər. Rusiya üçün Dağlıq Qarabağın həlli məsələsi beynəlxalq gündəmdəki əsas prioritetlərdən biri hesab edilir. Ona görə ki, söhbət təkcə qonşularımızdan yox, həm də bizi yalnız sənədlər və öhdəliklərlə biri-birimizə bağlamayan xalqlardan gedir. Bizi tale, həyat biri-birimizə bağlayır. On illər, yüz illər ərzində ümumi həyatımız olub. Ona görə də Dağlıq Qarabağ bizim üçün prioritetdir”.
Mövzu ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov əvvəlcə Minsk Qrupunun faydasız fəaliyyətindən danışıb. Professor bildirib ki, aparıcı dövlətlərin cəhdləri Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət nəticəyə səbəb olmayıb:
"Azərbaycan tərəfi həmsədrlərin fəaliyyəti ilə bağlı dəfələrlə narazılığını ifadə edib, qurumdan ciddi gözləntisinin olmadığını bildirib. Amma nəticə uğursuz olsa belə ABŞ-ın öz həmsədrini geri çağıracağı inandırıcı deyil. Ən əsası isə məntiqə uyğun deyil. Ona görə də bu iddiaya şübhə ilə yanaşıram. Düzdür, ehtimalı səsləndirən Metyu Brayza öz fikirləri və düşüncələri ilə Azərbaycana yaxın siyasətçi kimi tanınır. O, dəfələrlə maraqlarımızı müdafiə edib, həqiqətləri dilə gətirib. Lakin buna baxmayaraq, Brayza hazırda Amerikanın rəsmi nümayəndəsi deyil. Onun hansısa statusu yoxdur. Söylədikləri də sadəcə ehtimaldır. Həmçinin, bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bəyan etdi ki, Vaşinqton öz missiyasını sona qədər davam etdirəcək və heç vaxt həmsədrlikdən imtina etməyəcək. Bizim üçün hazırda Sekutanın dediyi daha çox önəm daşıyır. Çünki o, ABŞ-ı təmsil edən şəxsdir və söylədikləri rəsmi xarakter daşıyır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə