Millət vəkili: "İşğal olunmuş ərazilərimizlə bağlı qanun qəbul edilməlidir"



Millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi hazırlanmasını təklif edib. 

Sherg.az xəbər verir ki, deputatın sözlərinə görə, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər:

"Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir. Bəllidir ki, bizim torpaqlarımızı işğal edən ölkə Ermənistan deyil. Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Hərbi potensialımızı artırsaq da, nə qədər ki, Ermənistana hərbi dəstək veriləcək, bizim torpaqlarımız işğaldan azad edilməyəcək. O da ola bilər ki, Ermənistan havadarlarının köməyi ilə yeni ərazilərimizi işğal etsin”.

Anar