Millət vəkili:"Paşinyanın ikibaşlı oyunu Rusiyanı son dərəcə hiddətləndirib" - Atual şərh






"Rusiya-Ermənistan münasibətlərində çox ciddi problemlər yaşanmaqdadır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, Ermənistan rəhbərliyinin eyni vaxtda iki stulda əyləşmək siyasəti, həm Rusiya, həm də Qərbə yönəlik addımları rəsmi Moskvanı son dərəcə hiddətləndirib: 

"Hadisələrin gedişatı Azərbaycanın xeyrinə dəyişməkdədir. Zaxarovanın çıxışını müəyyən mənada İrəvana təzyiq kimi dəyərləndirmək olar. Yaxın zamanlarda ermənilərə satılan qazın qiymətinin yenidən bahalaşması gündəmdədir. Rusiya əvvəlki ucuz qiymətlərlə Ermənistana qaz satmaq istəmir. Bu da çox ciddi təzyiq rıçaqlarından biri sayılır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycanın bu təklifinə münasibəti diqqətdən yayınmayan cəhətdir. 

Zaxarova əslində bu məsələdə Ermənistana təsir göstərmək imkanını və potensialını ortaya qoyur. Yəni demək istəyir ki, Azərbaycan bu addımı atırsa, qarşılığında İrəvan neynir?! Hamı görür ki, Azərbaycan sülhvərpər mövqe ilə çıxış edir, amma Ermənistan bundan imtina edir. Deməli sülh istəməyən tərəf Ermənistandır. Məncə, azərbaycanlı girovların qaytarılması üçün yaxşı imkanlar yaranıb. Faktiki Paşinyan dilemma qarşısında qalıb”.

E.Nəsirov bəyan edib ki, əgər baş nazir Azərbaycanın humanist təşəbbüsünə mənfi cavab verirsə, deməli onun sülhlə bağlı söylədiklərinin hamısı saxtadır:

 "Paşinyan seçkiyə hazırlaşdığı üçün əsirlərin qaytarılmasına razı olmur. Qorxur ki, siyasi rəqibləri bundan onun əleyhinə istifadə edərlər. Lakin Rusiyanın ciddi təzyiqləri fonunda Paşinyanın geri çəkiləcəyi daha realdır”.

İsmayıl