Şəmsiyyə Namazova: “Dövlət xəstəxanalarında çalışan həkimlərin maaşı çox azdır”
Milli Məclis maaş artımında həkimləri də yada salıb
08:39 12.11.2017
Arxiv
1219
Adil Qeybulla: “Xaricə mütəxəssis axınının qarşısını almaq üçün həkimlərin maaşını mütləq şəkildə artırmaq lazımdır”
Şəmsiyyə Namazova: “Dövlət xəstəxanalarında çalışan həkimlərin maaşı çox azdır”
Şəmsiyyə Namazova: “Dövlət xəstəxanalarında çalışan həkimlərin maaşı çox azdır”
Şahvələd Məmmədov: "Həkimlərin maaşını 40-50 manat artırmaqla ciddi bir irəliləyişə nail olmaq mümkün olmayacaq”
Millət vəkili Elmira Axundova Milli Məclis komitələrinin birgə iclası zamanı 2018-ci ilin dövlət büdcəsindən səhiyyə məsələlərinə ayrılan 3,5 faiz vəsaitin az olduğunu deyib. Onun sözlərinə görə, səhiyyə işçiləri ələ baxımlılığı öyrənirlər, ya da hansısa mənfi hallar baş verir: "Halbuki bizim çox gözəl həkim ordusu var, professional həkimlərimiz var. Onlar bu maaşa layiq deyillər”.
Xanım millət vəkili hesab edir ki, poliklinikada tibb bacısının maaşı 110-120 manatdır. Professional həkimin maaşı isə 150-160 manatdır: "Axı belə maaş olmaz. Bizim uşaqlarımız xaricdə təhsil alır və onlar qayıtmaq istəmirlər. Çünki onlar deyirlər ki, biz burada 200-300 manat maaşla necə işləyəcəyik, ailəmizi dolandıracağıq. Bu, çox ciddi məsələdir”.
Həkimlərin maaşının Milli Məclisdə qaldırılmasını təəccüblə qarşılayan tibb elmləri doktoru, professor Adil Qeybulla belə deyib: "Nə yaxşı, həkimlərin maaşı deputatların yadına düşüb?! Maaşın baza hissəsinin artırılmasının həddindən artıq önəmli olduğunu vurğulayan professor icbari tibbi sığortanın tətbiqindən sonra da həkimlərin maaşının optimal vəziyyətə gəlib çıxacağına inanmadığını deyib. Onun sözlərinə görə, həkimlərin maaşının bazar iqtisadiyyatına uyğunlaşdırılması çox vacibdir:
"Fikrimcə, həkimlərin maaşı millət vəkillərinin maaşına yaxın olmalıdır. Təsəvvür edin ki, bir insan həkim statusuna sahib olmaq üçün 30 yaşına qədər oxuyur, müxtəlif kurslarda, seminarlarda iştirak edir. Bunun qarşılığında isə cüzi bir maaşla iş təklifi alır. Məhz bu səbəbdən də təhsil aldığı sahə üzrə biliyini daha da təkmilləşdirən həkimlərin əksəriyyəti Azərbaycanda fəaliyyət göstərmək istəmir və ölkəni tərk edib, xaricə üz tutur. Xaricə mütəxəssis axınının qarşısını almaq üçün həkimlərin maaşını mütləq şəkildə artırmaq lazımdır. Bunun üçün də dövlət real sosial addımlar atmalı, həkimlərə müəyyən güzəştlər edilməlidir. Həkimlər özlərini təkmilləşdirmək üçün ildə ən azı bir neçə dəfə konfranslara, xarici seminarlara qatılmalıdır. Bütün bunlar isə xeyli sayda vəsait tələb edir”.
Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-terapevt Şəmsiyyə Namazova deyib ki, hər il büdcə müzakirəsində həkimlərin maaşı problem kimi qaldırılır və cüzi artımlar olur:
"Ancaq buna rəğmən həkimlərin maaşının həddindən artıq aşağı olduğunu deyən terapevtin sözlərinə görə, xüsusən də dövlət xəstəxanalarında çalışan həkimlərin maaşı çox azdır: "Elmi dərəcəsindən, iş stajından asılı olmayaraq həkimlər üçün standart maaşlar müəyyənləşdirilib. Bu isə doğru yanaşma deyil. Həkim ordusunun bir nümayəndəsi olaraq parlamentdə həkimlərin maaşının qaldırılmasını təqdir edir, əməkhaqlarının qaldırılmasını arzulayıram”.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov isə icbari tibbi sığorta sisteminin tətbiqindən sonra həkimlərin maaşının normal səviyyəyə çatacağına inanır: "Belə ki, sözügedən sistemə keçiddən sonra dövlət xəstəxanaları pullu olacaq. Həkimlərin və tibb işçilərinin maaşları da oradan gələn müəyyən gəlirlərlə olacaq. Bu zaman həkim və tibb personalının maaşlarında artımlar olacaq. Yoxsa ki, indiki situasiyada həkimlərin maaşını 40-50 manat artırmaqla ciddi bir irəliləyişə nail olmaq mümkün olmayacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi