"Milli mətbuatımızın böyük tarixi ilə fəxr etməliyik" - Yaqub Mahmudov
14:33 22.07.2018
Arxiv
901
"Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir."
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır.
Deputat əlavə edib ki, Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu il Azərbaycan mətbuatının yaranmasının 143-cü ildönümünün qeyd olunduğunu xatırladan Y.Mahmudov milli mətbuatımızın böyük tarixi olunduğuna görə fəxr etməli olduğumuzu da söyləyib: "1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun KİV ilə sıx əməkdaşlıq etdiyini deyən Y.Mahmudov bildirib ki, institutun gördüyü işləri mətbuatımız müntəzəm olaraq və yüksək səviyyədə ictimaiyyətə çatdırır: "Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi" adlandırmaqla institutumuza çox yüksək qiymət verib. Təsadüfi deyil ki, Tarix İnstitutu soyqırımı problemi üzrə Beynəlxalq Əlaqələndirmə Mərkəzinə çevrilib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm