"Azərbaycanın gəlirlərinin çoxu səhiyyə vasitəsilə İran və Türkiyəyə gedir. İmkanlı insanlar tibbi problemlərini həll etmək üçün Türkiyəyə, imkansızlar isə İrana üz tutur"
Minimum əmək haqqı alanların sosial şəraiti ağırlaşıb - Maaşları yoxa çıxır
08:50 13.11.2017
Arxiv
577
Rəşad Həsənov:"Neft və qaz gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsinə ehtiyac var”
"Azərbaycanın gəlirlərinin çoxu səhiyyə vasitəsilə İran və Türkiyəyə gedir. İmkanlı insanlar tibbi problemlərini həll etmək üçün Türkiyəyə, imkansızlar isə İrana üz tutur"
"Azərbaycanın gəlirlərinin çoxu səhiyyə vasitəsilə İran və Türkiyəyə gedir. İmkanlı insanlar tibbi problemlərini həll etmək üçün Türkiyəyə, imkansızlar isə İrana üz tutur"
"Ölkədə həyat standartlarının yüksəldilməsinə ehtiyac var".
Bunu "Sherg.az"a gələn ilin dövlət büdcəsi haqqında müzakirələrdən danışarkən iqtisadçı - ekspert Rəşad Həsənov söyləyib.
O xatırladıb ki, 2016-cı ildə 12,5, 2017-ci ildə isə 14 faiz inflyasiya qeydə alınıb:
"Əvəzində isə nə dövlət, nə də qeyri-dövlət sektorunda əməkhaqqılar müvafiq şəkildə artıb. Bu isə əhalinin gəlirlərinin dəyərini kəskin aşağı salır. O insanlar ki, minimum əmək haqqı səviyyəsində qazanırdılar, demək olar ki, onların əmək haqqı yoxa çıxır. Bazar bunu əridir. Ona görə, standartların dəyişdirilməsinə ehtiyac var. İndiyə qədər infrastruktur sahəsinə yüksək maliyyə ayrılması başa düşülən idi. Amma artıq bu işlərə ayrılan vəsaitlərin həcminə daha düzəldilmiş formada yanaşmalıyıq.
Ötən ilin dövlət büdcəsi ilə müqayisədə 2018-ci ildə infrastruktur xərcləri az qala 2 dəfə artırılıb. Bundan sonrakı dövrdə digər məsələlərə də diqqət ayrılmalıdır. Təcrübə də göstərir ki, heç bir istiqamətdə yatırılan investisiya insan kapitalına yatırılan investisiya qədər gəlir vermir. Yaponiya, ABŞ, Hollandiya kimi şirkətlərin iqtisadiyyatı insan resurslarına dayanır. ABŞ-ın bir şirkəti az qala Rusiyanın bütöv iqtisadiyyatından böyükdür.
Belə müqayisə olunmaz faktlar var. Məsələn, xəstəxanın tikilməsi vacib infrastruktur layihəsidir. Lakin həmin xəstəxanada işləyə biləcək həkimlər də olmalıdır. Azərbaycanın gəlirlərinin çoxu səhiyyə vasitəsilə İran və Türkiyəyə gedir. İmkanlı insanlar tibbi problemlərini həll etmək üçün Türkiyəyə, imkansızlar isə İrana üz tutur.
Bütün bunları nəzərə aldıqda görürük ki, artıq birmənalı şəkildə neft və qaz gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsinə ehtiyac var”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi