Mirşahin hələ xəstəxanadan evə buraxılmayıb





ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev bir aya yaxındır ki, Türkiyədə müalicə alır. Onun səhhətinin getdikcə düzəldiyi bildirilsə də, hələ də xəstəxanadan evə buraxılmayıb.

Bu barədə musavat.com-a ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məlumat verib.

O, bildirib ki, Mirşahinlə ara-sıra telefon əlaqəsi saxlayır: "Həkimlər nə zaman məsləhət bilsələr, buraxacaqlar, o da qayıdıb gələcək, Azərbaycana... Sadəcə olaraq hazırda Mirşahin Türkiyədə müalicə olunur. Daha etibarlı olması üçün xəstəxanada saxlayırlar. Ancaq səhhətində şükür ki, ciddi problem yoxdur. Mədəsindəki problemlə bağlı əməliyyat keçirmişdi. Əməliyyat da çox uğurlu olub”.