"Dorenkonun dedikləri sadəcə olaraq ştrixdir. Son dövrlərdə nəinki Rusiya elitasında, eyni zamanda hökumət orqanlarında da Ermənistanla bağlı obyektiv mövqelər səslənir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Ermənistan rəhbərliyi və elitası uzun müddət Rusiyaya loyallığını, sevgisini süni surətdə göstərməyə çalışıb. Bu səbəbdən Rusiya erməni cəmiyyətini özünün yaxın müttəfiqi, heç vaxt onu satmayacaq bir toplum kimi görüb:
"Məsələ ondadır ki, Ermənistan cəmiyyətində hər zaman daha varlı ağa axtarışı olub. Çar dövründə, sovet zamanında və 1991-ci ildən sonra Rusiya Ermənistana xüsusi qayğı göstərib. Amma bu amil Ermənistan üçün çox azdır. Ermənistan bugün Rusiyadan daha varlı və güclü olan ABŞ-ı, Avropanı özünə yeni ağa etməyə çalışır. İrəvan üçün əhəmiyyəti yoxdur ki, uzun dövr Rusiya buna böyük yardımlar edib. Halbuki bu toplum məhz Rusiyanın sayəsində Qafqaza yerləşdirilib. Moskva ermənilər üçün süni dövlət yaradıb, hakim dairələrdə onlara daim yer verib. Ancaq ermənilər bu qədər yaxşılığı anidən unutmağa hazırdırlar.
Paşinyan siyasətinin ABŞ-a yönəlməsi avtomatik olaraq onların ermənilərə maddi yardım göstərməsi anlamına gəlmir. İrəvan hökuməti yanlış düşüncə içindədir. Aydın məsələdir ki, Ermənistanda gedən anti-Rusiya prosesinə ciddi reaksiya olmalıdır. Axır ki, Moskvada ermənilərin əsl simasını görməyə başladılar. Artıq rus cəmiyyətinin ermənilərlə bağlı "gözü açılıb". Kreml indi bilir ki, erməni millətində sədaqət yoxdur. Onlar istənilən vaxt dost dedikləri adamı dəyişməyə hazırdırlar”.
Deputatın sözlərinə görə, indiki Rusiya cəmiyyəti iki yüz əvvəlki toplum deyil, onlar fərqli düşünürlər:
"Anlayırlar ki, ermənilər Cənubi Qafqazda olduğu müddətcə, regionun problemləri bitməyəcək. Ermənistan daim Rusiyanın digər ölkələrlə münasibətinə əngəl törədib. Artıq "cin şüşədən çıxıb”. Bu dəfə ermənilər özlərini "sadiq millət” kimi göstərə bilməyəcək. Çünki erməni cəmiyyəti Qərbə yönəlmək haqqında fikirləşir. Onlarda elə bir xülya formalaşıb ki, ancaq Qərbin forpostu olarlarsa, daha yaxşı yaşaya bilərlər”.
Qeyd edək ki, rusiyalı jurnalist Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərginlik davam etməkdədir. Məlumdur ki, rus jurnalist Ermənistanın baş naziri Nikol Paşinyan barədə haqlı olaraq tənqidi fikirlər səsləndirib. Dorenko Paşinyanı səriştəsiz və qeyri-müəyyən siyasət yeritməkdə, cinsi azlıqları dəstəkləməkdə günahlandırıb. Ermənistanın Rusiyadakı səfirliyi isə jurnalisti Paşinyan haqqında "heç bir əxlaq çərçivəsinə sığmayan” ifadələr işlətməkdə ittiham edib. Tərəflərin qarşılıqlı söz atışması son günlərdə onsuz da gərginləşən münasibətləri bir qədər də mürəkkəbləşdirib. Ümumiyyətlə, Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan əlaqələri ciddi şəkildə zədələnib. Ekspertlərə görə, vəziyyət bu cür davam edərsə, yaxın müddətdə Kreml Paşinyan hökumətinə "qulaqburması” verə bilər.
İsmayıl