Mövlud Çavuşoğlu Qarabağ barədə: “Uzunmüddətli sülh üçün real şans yaranıb”
09:10 14.01.2021
Arxiv
376
Türkiyə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş torpaqları bərpa etmək üçün səylərini dəstəkləyəcək, həmçinin Dağlıq Qarabağda atəşkəsin monitorinqində iştirak edəcək.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Küresel Medya” nəşrinə müsahibəsi zamanı deyib.
Türkiyə XİN rəhbəri Ermənistanın demək olar ki, 30 il müddətində beynəlxalq hüquq normalarına nümayişkar şəkildə məhəl qoymadığını və Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini xatırladıb.
“Ermənistan tərəfinin təcavüzkar fəaliyyətlərinə və hücumlarına baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqları üzərində nəzarəti bərpa edə bildi. Bakı üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonu geri qaytardı. Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmasına şərait yaradan atəşkəs rejimi təmin edildi”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanat əsasən Minsk prosesi çərçivəsində illərdir irəli sürülən ideya və prinsipləri əks etdirir.
“ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər. Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar”, - deyə M.Çavuşoğlu bildirib.
Türkiyəli nazir bu gün regionda uzunmüddətli sülh üçün real şansın meydana gəldiyini vurğulayıb.
“Türkiyə Rusiya ilə birlikdə Qarabağda atəşkəs rejiminə nəzarət üçün monitorinq mərkəzi yaradıb. Atəşkəs çox vacib bir komponentdir və saxlanılmalıdır. Biz Ermənistan tərəfindən razılaşmaların şərtlərinə əməl etməsini gözləyirik. İrəvan özbaşına yeni sərgüzəştlər axtarmamalı və Azərbaycanın bir vaxtlar işğal olunmuş bütün torpaqları üzərində Bakının suverenliyinin tanınması nəzərə alınmaqla, uzunmüddətli siyasi tənzimlənməni təmin etmək səylərini dəstəkləməlidir”, - deyə nazir qeyd edib.
M.Çavuşoğlu vurğulayıb ki, əgər üçtərəfli bəyanat təsirli olarsa və Azərbaycanla Ermənistan arasındakı dialoq yoluna qoyularsa, bu, şübhəsiz ki, Ankara ilə İrəvan arasındakı münasibətlərə də müsbət təsir göstərəcəkdir.
“Bölgədəki sabitlik həmçinin erməni xalqının və Ermənistanın da maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi qəbul edirik. Buna görə də Azərbaycanın regionda altıtərəfli əməkdaşlıq platforması yaratmaq təşəbbüsünü dəstəkləyirik. Bu, sülhə müsbət təsir göstərəcək, regionun bütün sakinlərinin rifah halını yüksəldəcək”, -deyə türkiyəli nazir əminliyini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm