Deputatın təklifi ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Ermənistan tərəfi qondarma Dağlıq Qarabağ respublikasının yubileyini keçirmək üçün rəsmi qaydada digər dövlətlərin nümayəndələrinə müraciətlər ünvanlayır.
Mövqeyimizi sərt şəkildə ortaya qoymalıyıq
20:25 03.02.2018
Arxiv
557
Həmsədr ölkələrin təmsilçiləri Ermənistanın təklifinə müsbət cavab verəcəksə, dərhal danışıqlardan çıxmalıyıq
Deputatın təklifi ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Ermənistan tərəfi qondarma Dağlıq Qarabağ respublikasının yubileyini keçirmək üçün rəsmi qaydada digər dövlətlərin nümayəndələrinə müraciətlər ünvanlayır.
Millət vəkili Rövşən Rzayev Milli Məclisin ATƏT-in Minsk Qrupuna müraciət etməsi təklifini verib. Deputat bildirib ki, ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar.
Onun sözlərinə görə, düşmənlər həmin tədbirə ATƏT-in Minsk Qrupuna üzv dövlətin nümayəndələrini də dəvət ediblər: "Onları bu yoldan çəkinməyə çağırmalıyıq. Milli Məclis olaraq ATƏT-in Minsk Qrupuna müraciət etməliyik. Həmçinin, ermənilərin törətdiyi vəhşilikləri bir daha onların diqqətinə çatdırmalıyıq. Bununla yanaşı, təklif edirəm ki, bu sessiyanın qanunvericilik işləri planına "İşğal siyasəti haqqında” qanun layihəsinin hazırlanması da daxil edilsin”.
Deputatın təklifi ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Ermənistan tərəfi qondarma Dağlıq Qarabağ respublikasının yubileyini keçirmək üçün rəsmi qaydada digər dövlətlərin nümayəndələrinə müraciətlər ünvanlayır. QAT sədrinin sözlərinə görə, Azərbaycan tərəfi də dövlət səviyyəsində bu məsələyə reaksiya verməlidir: "Geniş izahata və dəyərləndirməyə ehtiyac yoxdur. Həmsədr dövlətlər, o cümlədən digər xarici ölkələr kor və kar deyillər. Onlar hər şeyin mahiyyətini bizdən yaxşı bilirlər. Əgər doğrudan da hansısa dövlətin rəhbərliyi və ya nümayəndəsi, xüsusilə də həmsədr ölkələrin təmsilçiləri Ermənistanın təklifinə müsbət cavab verəcəksə, qondarma rejimin yubileyində iştirak edəcəksə, bu, birmənalı şəkildə həmin dövlətlərin mövqeyinin nümayişi olacaq. İstənilən ölkənin qondarma tədbirdə çıxış etməsi, ermənilərin işğalına dəstək verdikləri anlamına gələcək”.
Ekspert xatırladıb ki, 2008-ci ildə BMT-nin Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı layihə qəbul olunanda, 7 ölkə, o cümlədən həmsədr ölkələr layihənin əleyhinə səs verdilər: "Bundan sonra məsələ Azərbaycanda xeyli müzakirə olundu. ABŞ, Rusiya və Fransanın ölkəmizdəki səfirliklərinə nota verildi, tənqid edildi. Biz də QAT olaraq səfirlərlə görüşdük, etiraz aksiyaları keçirdik. Həmin vaxtı baş verən hadisə həqiqətən də böyük biabırçılıq idi. Bu şeylərin bir daha yaşanmaması üçün mövqeyimizi əvvəlcədən və sərt şəkildə ortaya qoymalıyıq. Əks halda dərhal danışıqlar prosesindən çıxmalıyıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm