MTRŞ-dən SƏRT QƏRAR: Radioların efiri total şəkildə izlənəcək
08:25 31.01.2018
Arxiv
660
"Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil”.
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri radiolardakı əsas problemləri də açıqlayıb: "Əsas problemlər sırasında bəzi radio aparıcılarının nitqi, efir mədəniyyətinə, bir sıra hallarda mənəvi dəyərlərə zidd mövzularda müzakirələrin aparılması, dinləyicilərlə ünsiyyətdə etik qaydalara riayət edilməməsini göstərə bilərik. Bundan başqa, radioların proqram siyasətində də müəyyən problemlər özünü göstərir. Teleradio yayımı haqqında qanunvericilikdə radioların üzərinə düşən bir sıra vəzifələr öz əksini tapıb. Onlardan biri də efirin eynitipli yayımlarla yüklənməsinə yol verilməməsinin zəruriliyidir. Amma təəssüf ki, bir sıra radiolar yalnız musiqi və saatın tamamında xəbərlər verməklə işini bitmiş sayır. Radioların efirində proqram rəngarəngliyi təmin edilməlidir, maarifləndirmə işinə diqqət artırılmalıdır, radioların potensialından səmərəli istifadə edilməlidir”.
T. Dadaşov qeyd edib ki, musiqi seçimində də peşəkarlığa diqqət yetirilməlidir: "Burada radiolarda yaradıcılıq redaksiyalarının üzərinə böyük məsuliyyət düşür. Tematik radioların da proqram səbətinin zənginləşdirilməsinə ciddi ehtiyac duyulur. Fəaliyyət göstərdikləri sahələr üzrə rəngarəng yayım proqramı hazırlanmalıdır. Məsələn, bu mənada Avto FM-dən gözləntilər çoxdur”.
T. Dadaşov vurğulayıb ki, MTRŞ rəhbərliyi tərəfindən monitorinq qrupuna radioların efirinin total şəkildə izlənməsi və bunun nəticəsi əsasında geniş təhlillərin aparılması ilə bağlı xüsusi tapşırıq verilib: "Təqribən mart ayının ikinci yarısında monitorinqin nəticələri bəlli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm