"...Mübarizəmiz sırf "reket"jurnalistikaya qarşıdır" - Bəhruz Quliyev
15:40 15.02.2019
Arxiv
567
"Reketçilik 1980-ci illərin sonlarında, yəni o zamanki xaos və anarxiya dövründə qeyri-peşəkarların mətbuata soxulması ilə başlayıb. Nəticədə mətbuatda çox ciddi problemlər meydana çıxıb”.
Bunu "Sherg.az”a açıqlamasında "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Baş redaktor təəssüflə bildirib ki, həmin problemlər bugün daha da dərinləşərək internet resursları üzərindən onlayn mediaya sirayət edib:
"Necə ki, ölkə mətbuatı, xüsusən elektron media inkişaf edir, gələn yeniliklər özləri ilə paralel müəyyən problemləri, reketçiliyi də yayırlar. Əslində bütün dünyada proses bu cürdür. İnformasiya texnologiyalarının inkişafı özü ilə problemləri də gətirir. Məsələ ondadır ki, bu cür problemlərin həlli əksəriyyət tərəfindən dəstəklənsə də, görülən işləri təqdir etməyənlər də var. Fikir verirsizsə, bəzi şəxslər Azərbaycan mətbuatının təmizlənməsini mediaya "təzyiq” kimi təqdim etməyə çalışırlar. Təəssüflər olsun ki, belə yanaşmalara da rast gəlirik.
Reketçilik sadəcə dövlətin və hansısa qurumların problemi deyil, ümumilikdə mətbuatın və ictimaiyyətin məsələsidir. İctimaiyyət o cür şəxsləri qınamalı və tənbeh etməlidir. Mətbuat da öz yaralarını sağaltmaq üçün dövlət qurumlarına dəstək verməlidir. İctimaiyyət reketçiliklə mübarizəni stimullaşdırmalıdır. Hesab edirəm ki, reket fəaliyyəti ilə məşğul olanları müdafiə etmək reketçiliyə dəstək verməkdir. Bu isə birbaşa bizim mediamızın sütunlarını laxlatmaqdır. Bunu yalnız anti-Azərbaycan qüvvələr, ölkəmizi istəməyən şəxslər edə bilər”.
B.Quliyev bəyan edib ki, Azərbaycanda mətbautın fəaliyyətini tənzim edən hüquqi baza formalaşıb. Mətbuat azadlığı, söz və fikir azadlığı ilə bağlı kifayət qədər böyük qanunlarımız var:
"Hətta konstitusiyamızın yanılmıramsa, təxminən 40 faizi insan və fikir azadlığına həsr olunub. Ən əsası isə mətbuatın azad inkişafını təmin edən Ümummilli liderin şəxsi iradəsi ortaya qoyulub. Ulu öndər Heydər Əliyev, eyni zamanda Prezident İlham Əliyev azad mətbuatın inkişafı istiqamətində addımları təqdir edib və buna uyğun tezislər verib. Hətta hökumətin nöqsanlarını belə mediada işıqlandırmağı tövsiyyə edib. Bu da ölkəmizdə tənqidçi mətbuatın yaranmasına şərait yaradıb. Amma tənqidçi media ilə reketçilik fəaliyyəti arasında fərqi bilmək lazımdır. Bugün bizim mübarizəmiz sırf "reket"jurnalistikaya qarşıdır. Ona görə də dövlət tərəfindən görülən işləri, atılan addımları təqdir edirik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi