Müəllim 7 yaşlı uşağa işgəncə verdi, ölkə ayağa qalxdı - FOTO
08:50 15.12.2019
Arxiv
534
ABŞ-da məktəblərin birində 7 yaşlı uşağa işgəncə verilməsi ilə bağlı görüntülər insanların sərt təpkisinə səbəb olub.
Musavat.com DHA-ya istinadən xəbər verir ki, uşağa işgəncə verən şəxs sonradan intihar edib.
Belə ki, ABŞ-da məktəblərin birində uşaqların cəzalandırılması üçün nəzərdə tutulmuş otaqda 7 yaşlı uşağa işgəncə verilməsi ölkəni ayağa qaldırıb. Olayın görüntüləri yayıldıqdan sonra cinayət işi başladılıb. İllinois əyalətində "Gages Lake" adlı məktəbdə baş verən hadisə ABŞ mediasında işıqlandırıldıqdan sonra ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalara başlanılıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbdə uşaqların cəzalandırılması üçün əlavə gizli otaq tikilib. Çəkilən görüntülərdən də məlum olub ki, 7 yaşlı uşaq həmin otağa salınaraq Cennifer Aquirre adlı müəllimə tərəfindən şiddətə məruz qalıb.
Müstəqil media orqanı olan "ProPublica"nın yazdığına görə, bundan öncə də bu məktəb barəsində hüquq-mühafizə orqanlarına 21 dəfə şikayət edilib. Bu şikayətlər nəticəsində araşdırmalar aparılsa da, heç bir nəticə əldə edilməyib. Nəhayət, görüntülərin yayılmasından sonra uşaqların cəzalandırıldığı həmin otaq aşkara çıxarılıb və orada olan kamera görüntülərinə baxış keçirilib.
Məktəbdə çalışanların sorğusundan sonra məlum olub ki, onlar öz aralarında həmin otağa “ofis” adı veriblər. Adı açıqlanmayan məktəb səlahiyyətlisinin verdiyi ifadədə qeyd edilir ki, bu otaqda təkcə 2018-2019-cu tədris illərində 1700 uşaq cəzalandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial