"Müəllim şagirdi qorxudur, valideyn də borc tapıb,hədiyyə alır" - Diqqət
09:28 09.03.2017
Arxiv
1279
"Müəllim təşəbbüs göstərsə belə, valideyn buna qoşulmasa, məktəbdə pul yığılması baş alıb getməz”.
Bunu Sherg.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın "Məktəblərdə pul yığımlarının təşkilatçısı valideynlərdir" iddiasını dəyərləndirərkən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib.
O bildirib ki, həqiqətən də bayramlarda, hər hansı tədbirlərin təşkili ilə bağlı təşəbbüskar çox hallarda valideynlər özləridir:
"Olur ki, valideynin biri ortaya düşür və müəllimə hansısa məqsədlə, üzünü xoş göstərmək, ya da övladına müəllimin daha yaxşı davranmasını təmin etmək üçün bunları həyata keçirir. Bunu təmiz, mənəvi dəyərlərimizə uyğun hal kimi dəyərləndirmirəm. Bir məsələnin ki, arxasında məcburiyyət, pul toplama durur, bu saf təmiz niyyətlə həyata keçirilən proses ola bilməz. Burada dediyim kimi valideynlər hansısa məqsədlə prosesə qoşulur, ya təşəbbüs göstərirsə, bu düzgün hal deyil. Bəzi müəllimlərimiz var, valideyni çağırır ki, nə isə təşkil edin. Amma valideyn buna dəstək olmamalıdır, çəkinməlidir. Bizim valideyn komitələri bu işə qol qoyur, sonradan isə məktəbdə rüşvət var deyib, hay-həşir salırlar”.
Bütün bunlara rəğmən, valideynin və ya şagirdlərin çox sevdiyi müəllimə nə isə hədiyyə etməsinin əleyhinə olmadığını deyən M. Mürşüdlünün sözlərinə görə, şagird və ya valideyn hansısa müəllimi çox sevirsə, ona hörmətini ifadə etmək istəyirsə, nəysə hədiyyə edə bilər:
"Bu, bir gül buketi, kitab kimi əşyalar ola bilər. Ancaq bu hədiyyə dəyəri yüksək olan hədiyyələr, qızıl, gümüş, müəyyən məbləğdə pul səviyyəsində olmamalıdır. Təbrikləri, bayramlarımızı qeyd etməyi eybəcər formada deyil, özümüzə xas şəkildə təşkil etməliyik. Elə olmalıdır ki, hədiyyəni alan müəllim də razı qalsın, valideynin özü də. Ancaq bu güc tətbiq etməklə, şagirdi qorxutmağa çalışmaqla, başqa vasitələrlə edilməməlidir. Müəllimin şagirdə münasibətinin dəyişməsindən çəkinən valideynlər, məcburən ordan-burdan bəlkə də borc alır, hədiyyəni verir, sonra isə narazılıq edir”.
Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məktəblərdə pul yığılması ilə bağlı şikayət daxil olsa, dərhal reaksiya veriləcəyini deyib. M. Vəliyeva bildirib ki, bu işlərin təşkilatçısı elə valideynlər özləridir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət