Müğənni Abbas Bağırovun ölkədən çıxışına qadağa qoyuldu - 30 min manat cəriməsi var





Ötən gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, siyahıda Azərbaycanın əməkdar artisti Abbas Bağırov da var.
Xatırladaq ki, Vergilər Nazirliyi Abbası vergi ödəmədiyi üçün 30 min manat dəyərində cərimələmişdi.


Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi.