Müğənni Elçin Cəfərov: "Ailə qurandan sonra həyatım dəyişdi"
16:32 03.03.2017
Arxiv
635
"Şip-şirin” ləqəbi ilə tanınan müğənni Elçin Cəfərov Lent.az-ın canlı yayımında qonaq olub. İfaçı müsahibəsində bir çox məqamlardan danışıb:
"Bu yaxınlarda "İstədim” adlı mahnı ifa etdim. Həmin bəstənin musiqisi özümə, sözləri Azər Şirinə məxsusdur. Bundan başqa ritmik mahnılar və bayram ab-havasında bir bəstə hazırlayıram. Hələ ki, klip çəkdirməyə tərəddüd edirəm. Amma ritmik mahnılarım var, onlara klip çəkdirməyi düşünürəm”.
E.Cəfərov bildirib ki, iqtisadi böhranın şou-biznesə böyük təsiri olub: "Müğənnilərin əvvəlki qədər klip çəkdirməməyində iqtisadi böhranın böyük təsiri var. Bundan başqa efirlərdə ekran işinin təqdimatı da maddiyyata bağlıdır. Yəni yaxşı klip çəkmək istəyirsənsə, yaxşı pulun olmalıdır”.
İfaçı bildirib ki, xalq artisti Aygün Kazımova onun mahnısına müraciət edib: "Mənim "Gecələrdə” adlı mahnımı Aygün xanım sevib. Mahnını istədi, biz də sevərək verdik. Bir mahnını kişidən sonra xanım oxuyanda fərqli olur. Kişidən sonra kişi oxuyanda isə bunun fərqi olmur”.
Müğənni şəxsi həyatından da söz açın: "Evlənəndən sonra həyatım dəyişdi. İndi özümü daha da rahat hiss edirəm. Bəlkə bu, yaşıma görə belədi. 5 il qabaq soruşan olsaydı, evlənmək fikrim yox idi. Adam indi fikirləşir ki, bəlkə də gec ailə qurmuşam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya