Mühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...
10:02 13.11.2017
Arxiv
660
Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları bundan sonra da davam edəcək.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Gürcüstanda 4 nazirliyin ləğvi və digər nazirliklərə birləşməsinin post-sovet məkanına təsiri barədə analitiklərin açıqlamasını şərh edərkən deyib. Millət vəkili bu islahatların Azərbaycanda daha öncə başladığını və mərhələli şəkildə davam etdiyini vurğulayıb:
"Qonşumuz Gürcüstanla yanaşı, bizdə də islahatlar gedir. Fikir verdinizsə, Azərbaycanın dövlət başçısı əvvəlcə Prezident Administrasiyasında ciddi islahatlar apardı. Nəticədə müşavirlik institutu ləğv olundu və onun yerində köməkçi institutu bərpa edildi. Daha sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinin strukturunu yenidən təsdiq etdi və müəyyən şöbələr birləşdirildi, bir qismi isə ləğv edildi. Bundan öncə isə Nəqliyyat Nazirliyi və MTN ləğv edilmişdi. Həmçinin vitse-prezidentlik institutu fonunda hesab edirəm ki, Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları davamlı olacaq. Qarşıda bizi mühüm dəyişikliklər gözləyir. Ümumiyyətlə, indiki zamanda iqtisadi və siyasi islahatların davamlı olmasına ehtiyac var, daha çevik qərarlar qəbul edən hökumət formalaşmalıdır və hazırda bu proses normal səviyyədə həyata keçirilir”.
Millət vəkili növbəti dəyişikliyin vaxtı ilə bağlı da danışıb:
"Bu islahatlar birbaşa prezidentin səlahiyyətindədir və vaxtı yetişdikcə aparılır. Növbəti mühüm dəyişikliklərin vaxtını da prezident özü müəyyən edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə