Mustafa üçün tək ümid İtaliya: Milyonda bir nəfərdə olan xəstəliklə döyüşür

Amansız bir xəstəliyə tutulan 9 yaşlı Mustafanın sağlamlığına qovuşması üçün tək ümid İtaliyadan gələn xəbər oldu.
Uşakta yaşayan müəllim Məmməd və ev xanımı Naciyə Atasevenin 9 yaşlı oğulları Mustafa keçən il keçirdiyi bir əməliyyat sonrası istifadə etdiyi antibiotiklərlə milyonda bir görünən Steven Johnson sindromu xəstəliyinə tutuldu. Amansız xəstəlik sonrası təxminən səkkiz ay müalicə görən balaça Mustafanın bədənindəyaranan yanıqlar qismən müalicə olsa da, gözlərində kornea təbəqəsinin də yanması nəticəsində görmə qabiliyyətini tamamilə itirmək üzrədir. Türkiyədə bütün klinikalara gedən Ataseven ailəsinə tək həll olaraq kök hüceyrə nəqli təklif edildi. Ailə bütün araşdırmaların nəticəsində kök hüceyrə nəqlinin dünyada yalnız Almaniya, Yaponiya, İtaliya və ABŞ-da edildiyini öyrəndilər. Ataseven ailəsi zaman itirmədən dərhal cəhdlərə başlasa da Yopanyada kök hüceyrə nəqlinin 15 yaşdan az olan uşaqlarda qanuni olaraq edilmədiyini, Almaniyadakı klinikanın onları qəbul etmədiyini, ABŞ-da isə həmsöhbət tapa bilmədiklərini ifadə edən ailəyə ümid verən xəbər isə İtaliyada bir klinikadan gəldi.
"Oğulumun yenidən görməsini istəyirəm"
Kədərli ana Naciyə Ataseven yaşadıqları müddəti belə danışır:
"2015-ci ilin fevral ayında oğulum badamcıqlarından əməliyyat keçirdi. Əməliyyatdan bir həftə sonra boğazında yenidən bir infeksiya başladı və həkimimizin tövsiyəsiylə bir antibiotik istifadə etdik. Dərman istifadəsi sonrası Mustafanın bədənində fərqli ləkələr yaranmağa başladı və gözləri şişərək bağlandı. Həkimimizə dərhal getdik və milyonda bir görülən Steven Johnson Sindromu olduğunu öyrəndik. Zaman itirmədən İzmirə bir xəstəxanaya getdik. Uzun sürən müalicə müddətinin ardından bədənində yaranan yanıqlar müalicə oldu. Lakin AKUT dövrdə gözlərində korneların yandığını öyrəndik və fərqli xəstəxanalarda çarə axtardıq. Bütün getdiyimiz həkimlərdən kök hüceyrə nəqli cavabını aldıq. Türkiyədə müalicəsi olmayan bu xəstəliyin dünyada 4 ölkədə edildiyini öyrəndik. Yopanyada 15 yaş altı kəslərə edilmədiyi cavabı gəldi. Almaniyadakı klinika bizi qəbul etmədi. ABŞ-da həmsöhbət tapa bilmədik. Ən son İtaliyada Pellegrini adlı bir həkim Mustafanın müalicəsinin edilə biləcəyini söyləyərək bizə ümid verdi. İndi öz imkanlarımızla müayinə etdirməyə gedəcəyik. Əgər müalicə müddəti başlarsa bizləri çətin bir müddət gözləyir. Buradan əldə etdiyimiz məlumatlara görə 2-3 milyon TL müalicə xərci olacaq. Lakin hələlik dəqiq bir vəziyyət yoxdur. İtaliyadan ümidli bir xəbərlə dönsək dövlətdən lazımlı dəstəyin verilməsinə  ümid edirəm. Mustafanın məktəbinə, yoldaşlarına, küçələrə dönməsi və görməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Allah köməkçimiz olar, inşallah".
"Beşiktaş"ın matçlarını görə bilmir, amma dinləyir
Amansız xəstəliyin qurbanı olan 9 yaşlı  Mustafa isə, yoldaşlarını, məktəbini, oynamaq üçün çox darıxdığını söyləyərkən  "Beşiktaş" fanatı olduğunu ifadə edir.  Mustafa, "Beşiktaş"ın matçlarını izləyə bilmirəm, amma dinləyirəm. Ən çox Kuarejma, Talisca, Oğuzhan, Cenk Tosun və Tosici sevirəm, bu il çempion olarıq. Gözləyirəm yaxşı olsa, İstanbulda "Beşiktaş"ın bir matçını izləməyi çox istəyirəm. Bir ildir məktəbə gedə bilmirəm. Müəllimim, yoldaşlarım üçün çox darıxdım. Görməyi çox istəyirəm, əhvalımı pozmuram, yaxşılaşmaq üçün davamlı dua edirəm" deyir.
Müalicə müddəti başlayarsa 600 min avro lazım olacaq
Mustafanın yenidən görə bilməsi üçün ailə önümüzdəki günlərdə İtayaya gedəcək. İlk müayinənin təxmini olaraq 600 min avro müalicə xərci olacaq. Ailə müalicə müddətində öz imkanlarıyla qeyri-kafi qalsa, dövlətdən və xeyirxah insanlardan dəstək gözləyəcək.