Müxbir provokasiyaya cəhd etdi, Yıldırım onu susdurdu




Türkiyə Baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkel arasında baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında YPG tərəfdarı olan jurnalistlərdən biri provokasiyaya cəhd edib.

Axar.az xəbər verir ki, Armanc Agid Nervey adlı müxbir Afrində guya dinc əhalinin qırılmasını əks etdirən fotoları salonda nümayiş etdirib.

B.Yıldırım isə jurnalistə sərt şəkildə xəbərdarlıq edərək, təbliğat aparmamasını tələb edib:

"Əlindəki fotolar saxtadır. Həqiqəti bilmək istəyirsənsə, Afrinə gəl”.

Qeyd edək ki, B.Yıldırım Almaniyada işgüzar səfərdədir.