Namiq Əliyev köhnə vəzifəsinə qaytarıldı
12:42 10.05.2018
Arxiv
1418
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, nazir Azad Rəhimov son dönəmlərdə güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, son Avropa çempionatından yüksək qələbə, ümumilikdə 18 medal ilə Vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.
Azad Rəhimov deyib: "Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik."
Daha sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən Güləş Federasiyasına dəvət olunduğunu və 1-ci vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırdı. Bununla yanaşı nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti postunda çalışacağını əlavə edib: "Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhvələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse-prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək".
Çıxışının sonunda nazir federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən OİK-dən istifadə edilməsini, bununla yanaşı idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə sıx çalışmalarını məsləhət görüb. .
AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti Firdovsi Umudov və vitse-prezident Elcin Cəfərov daim göstərilən dəstək üçün Gənclər və İdman Naziriliyinə təşəkkürlərini bildirib, qarşıda, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları və iki ildən sonra Tokioda gerçəkləşəcək Yay Olimipiya Oyunlarına da xüsusi hazırlaşacaqlarına söz veriblər.
Qeyd edək ki, Namiq Əliyev 2007-ci ildən 2017-ci ilin oktyabrınadək Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olub. O, həmçinin 2010-cu ilin sentyabrından FİLA (Beynəlxalq İdman Güləşi Federasiyası) İcraiyyə Komitəsinin üzvüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya