NASA-nı təmsil edən doktor BMU-da mühazirə oxuyub - FOTOLAR
09:48 21.10.2019
Arxiv
497
ABŞ Dövlət Departamentinin “Natiqlər proqramı” layihəsi çərçivəsində NASA-nı təmsil edən Kornell Universitetinin planetar elmlər üzrə doktoru, Virciniya Universitetinin Astronomiya kafedrasının dosenti Ann Verbişer və ABŞ səfirliyinin Maarifləndirici Proqramlar üzrə Direktoru Aydan Əsgərova Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Qonaqlarla görüşən BMU-nun rektoru, professor Havar Məmmədov bu günlərdə müstəqilliyinin 28-ci ildönümünü qeyd edən Azərbaycanın gənc dövlət kimi əldə etdiyi nailiyyətlərdən bəhs edib. Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin gələcək nəsillərə ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin etmək üçün qoyub getdiyi zəngin irsin, siyasi məktəbin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi nəticəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Hazırda Azərbaycan özünün siyasi, iqtisadi qüdrətinə, strateji mövqeyinə, inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Bu inkişaf Azərbaycanda kosmik sənayedən də yan keçməyib. Azərbaycanın gənc ölkə olmasına baxmayaraq dünyanın kosmik ailəsinə daxil olduğunu vurğulayan rektor artıq üç peykimizin (“Azerspace-1”, “Azersky”, “Azerspace-2”) orbitə çıxarıldığını, bunun həm innovasiya, həm də biznes baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Rektor qonaqlara BMU haqqında da ətraflı məlumat verib. Bildirib ki, mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirən BMU xarici universitetlərlə yanaşı, beynəlxalq şirkətlərlə də əməkdaşlığa xüsusi önəm verir.
Planetar elmlər üzrə doktor, dosent Ann Verbişer ölkəmizin gənc müstəqil dövlət kimi dünyanın kosmik ailəsinin üzvünə çevrilməsinin böyük nailiyyət olduğunu vurğulayıb. O, Bakıya səfərinin məqsədi, “Azərkosmos”da və digər qurumlarda keçirdiyi görüşlər haqqında məlumat verib. Qonaq eyni zamanda, BMU ilə əməkdaşlıq imkanlarından da bəhs edib.
Daha sonra NASA-nı təmsil edən doktor Ann Verbişer BMU-nun tələbələri ilə görüşüb. BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov qonaq haqqında təqdimatının ardınca Ann Verbişer tələbələrə mühazirə oxuyub. Onun virtual kosmos səyahəti, yeni üfüq planetləri və Pluton planetinin yaranması haqqında fikirləri maraqla qarşılanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm