"...Nasazam, başımda ağrılar çox idi" - Ədalət Nəsibov




"Yaxşı deyiləm, nasazam”.

Bu sözləri "Sherg.az”a səhhəti ilə bağlı danışarkən ustad aşıq Ədalət Nəsibov deyib. O, müalicə üçün Türkiyəyə edəcəyi səfərin alınmadığını bildirib:

"Başımda ağrılarım çox idi. Xəstəxanada şüa tətbiq etdilər. Hələlik bir qədər ağrılar dinib. Hazırda Azərbaycanda müalicə alıram. Çox sağ olsunlar, mənə yaxşı xidmət edirlər. Həkimlərə həqiqətən "əhsən!” deyirəm”.

Qeyd edək ki, ustad aşıq bir müddət əvvəl səhhətinin pisləşdiyini və müalicə üçün Türkiyəyə gedəcəyini bildirmişdi.

Aysel Aslan