Natalia Bourjali: Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir
07:56 18.07.2019
Arxiv
670
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (Beynəlxalq Mərkəz) vitse-prezidenti Natalia Bourjali və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (Agentlik) Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülkər Əkbərova ilə görüş keçirilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Elektron hökumətin inkişafı və Rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı fərman və sərəncamları rəhbər tutaraq elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə yaradılıb. O qeyd edib ki, Şuranın tətbiq etdiyi yeni proqramlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə rəhbərliyi Şuranın yeni elektron xidmətlərini ən yaxşı şəffaflıq nümunəsi kimi qiymətləndirib. Agentliyin dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz tərəfindən SƏLİS-ə daxil olan e-məsləhət (Konsultativ dəstək üzrə onlayn xidmət) proqramına texniki yardım göstərilib və xidmətin təşkili üçün zəruri avadanlıqlar alınıb.
Natalia Bourjali bildirib ki, təmsil etdiyi Mərkəz uzun müddətdir ki, Şura ilə səmərəli əməkdaşıq edir. O deyib: “Bu gün əməkdaşlığımız yeni bir səviyyəyə qalxıb. Qeyd etməliyəm ki, QHT Şurası şəffaflıq baxımından nəinki QHT-lərə, həmçinin dövlət orqanlarına da örnəkdir. Mən mütəmadi olaraq Şuranın fəaliyyətini izləyirəm və demək olar ki, hər dəfə yeni elektron xidmətin istifadəyə verildiyinin şahidi oluram. Bütün bunlar olduqca təqdirəlayiqdir. Şuranın e-məsləhət proqramı regional QHT-lər üçün çox önəmlidir. Onlar həm vaxtlarına, həm də maddi vəsaitlərinə qənaət edəcəklər. Bu yenilik Azərbaycana məxsusdur. Mən Avrasiya regionu üzrə çalışıram və deyə bilərəm ki, bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir. Sizin təcrübənizi müsbət model kimi Avrasiya ölkələrinə də təqdim edəcəyəm”.
Xanım Natalia Bourjali innovativ ideyalara və QHT-lər üçün yaratdığı imkanlara görə Şura sədri Azay Quliyevə təşəkkürünü bildirib. Görüşdə iştirak edən Şura üzvü Əliməmməd Nuriyev SƏLİS-ə daxil olan proqramların hazırlanmasında Şura sədrinin və Katibliyin gördüyü işlər barədə danışıb və e-məsləhət proqramının həyata keçirilməsinə göstərdiyi texniki dəstəyə görə Agentliyə təşəkkürünü bildirib. Sonda e-məsləhət proqramının ilk təqdimatı keçirilib. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə videobağlıntı yaradılaraq resurs mərkəzinin kollektivi ilə region QHT-lərinin fəaliyyəti haqda maraqlı müzakirə aparılıb.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət
Toyuq əti də bahalaşdı - VIDEO
10:08 02.10.2026
İqtisadiyyat
Türkiyədə Eyüpsultan bələdiyyəsinin sədri saxlanılıb
10:01 02.10.2026
Hadisə
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
09:25 02.10.2026
Hadisə