“Nazilə azərbaycanlı qanına xəyanət etdi”

Anar Ağakişiyev: “Mən hələ bir neçə azərbaycanlı tanıyıram ki, gəlirlərini Moskvada həmin o erməniyə xərcləyir”



Xəbər verdiyimiz kimi, əslən azərbaycanlı olan və Moskvada yaşayan stilist Nazilə Mehdiyeva
həmkarı, erməni əsilli Goar Avetisyanın İrəvanda keçirilən toy mərasiminə qatılıb. Stilistin bu
addımı səs-küy yaradıb. Sosial şəbəkədə tənqid hədəfinə çevrilən Nazilə məsələ ilə bağlı geniş
açıqlama yayıb. O, ailəsini və onu tənqid edənlərə bunları deyib:

"Bugünkü paylaşımım söz-söhbətlərə, qalmaqallara səbəb olur. Mən bilmirdim ki, Azərbaycan
mediasında və xalqında bu qədər səs-küy yarada bilərəm. Hamıya burada cavab verəcəm.
Rusiyada doğulmuşam, oranın vətəndaşıyam. Azərbaycana və Ermənistana rahat şəkildə gedə
bilərəm, heç kəs heç nə deyə bilməz. Bu məsələyə münasibət bildirməzdim. Amma insanlar
artıq ailəmə və övladlarıma toxunurlar, əsəbiləşirəm.

Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat
edir? İdmançılar, siyasətçilər, adi insanlar İrəvana gedə bilir, onda niyə susursuz? Özünüzdən
sirk yaratmayın, siz insansınız, qoyun sürüsü deyilsiniz. Xahiş edirəm öz fikriniz olsun,
siyasətdən asılı olmayın. Mən rəfiqəmin toyuna getmişəm, burda nə var? Bir insan yaxşıdırsa,
amma milliyyəti ermənidirsə, onunla münasibət qurmaq olmaz? Məgər, torpağınızı o insan əlinizdən alıb? Sizin əsgərlərinizi şəxsən o öldürüb?  

Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Siz isə məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz isə yaxşı? Baxın, ağzınızdan zir￾zibil tökülür”.

Məsələyə münasibət öyrənmək üçün Azərbaycanın məşhur stilisti Anar Ağakişiyevin münasibətini öyrənməyə çalışdıq. "Şərq”ə açıqlama verən Anar Ağakişiyev "bəs mən düz bir il əvvəl səsimi çıxarıb deyəndə ki, Azərbaycanda olan stilist ermənini Bakıya gətirməyə hazırlaşır, onların dostluq münasibətləri var, hüquq-mühafizə orqanları, dövlət rəsmiləri bununla bağlı ölçü götürsünlər, məni eşidən olmadı. 

Mən bir il öncə təbil çaldım ki, bizim bəzi stilistlərimiz Moskvadakı erməni ilə dostluq edir, pullarını erməni stilistin treninqlərinə xərcləyirlər, niyə o zaman kimsə narahat olmadı? Bəli, Moskvada yaşayan Nazilə də, elə onların Bakıdakı stilist rəfiqələri də həmin erməni stilistlə dostluq edirlər. Azərbaycanda yaşayan həmin stilistin instaqram səhifəsini bir dəfə gözdən keçirmək yetər ki, onun ermənilərə olan sevgisinin şahidi olasız. Erməni Goara sosial şəbəkədə təriflər yağdırır, bunu da açıq şəkildə bildirir, amma nədənsə, kimsə bu barədə danışmaq istəmir. Qaldı həmin o Nazilə xanıma, o, Mokvada yaşaya
bilər, Rusiya vətəndaşı ola bilər, amma bu ona haqq vermir ki, azərbaycanlı olduğunu unutsun.
Rusiya vətəndaşı olmaq onun milliyyətini dəyişə bilməz. O, Amerikada belə doğulsa,
azərbaycanlı olduğunu unutmamalıdı. Bilirsiz, bəzi insanlar üçün pul qazanmaq daha önəmlidi.
Görünür, belə insanlar üçün milliyyətinin, millətinin dəyəri yoxdu. Nazilə xanım kimi insanlar
üçün isə millətin maraqları önəmli deyil. Mən bir neçə azərbaycanlı stilist tanıyıram ki, onlar
çəkinmədən bildirirlər ki, Moskvada həmin erməninin treninqlərində iştirak ediblər, ondan
öyrəniblər. Azərbaycanın gəlirlərini aparıb erməniyə xərcləyən belələrinə nə ad vermək olar?
Belə bir maliyyə böhranı vaxtı camaat güclə dolanır, burdakı valyutanı, dolları aparıb erməni
stilistin dərslərinə xərc etmək dövlətə xəyanət deyil, bəs nədir? Məgər Azərbaycanda treninq
verən stilistlər yoxdu ki? Ermənini ötən il Bakıya gətizdirmək istəyənlər də həmin bu mafiyanın
sakinləridir. Nazilə xanım və bir neçə azərbaycanlı stilistlər var ki, həmin erməni ilə dostluq
edirlər. Mən bu sözü başa düşə bilmirəm ki, mən Rusiya vətəndaşıyam, hara istəsəm gedə
bilərəm. Mən də Gürcüstan vətəndaşıyam, Gürcüstanda dünyaya gəlmişəm, orda təhsil almışam,
amma mən azərbaycanlı olduğumu heç vaxt unutmamışam. Hətta hansısa xarici ölkədə belə
qonaq olanda təsadüfən oturduğum masada, məkanda erməni olduğunu görmüşəmsə, dərhal
oranı tərk etmişəm, adicə aeroportda olan mağazada satıcı xanımın belə erməni olduğunu
bilmişəmsə, ordan heç nə almamışam. Bilirsiz, insan harda doğlusa da, kökünü, millətini
danmamalıdı. Onların bu addımı millətə xəyanətdi. Mən hansı ölkədə olsam da, e hərfini
eşidəndə oranı tərk edirəm ki, erməni dığalarının olduğu yerdə mənim yerim ola bilməz.

Azərbaycanlı qanını daşıyan insan bu millətin şəhidlərinə necə hörmətsizlik edə bilər? Belələri o
qədər acizdi ki, onlar gəlir əldə etmək üçün düşmənə belə satıla bilirlər. Mən Nazilənin də, elə
burdakı digər məşhur stilist xanımın da millətinə olan münasibətinə görə onlara yazığım gəlir.
Çünki əqidəsiz insanlardılar. Onlar vətənin, millətin nə qədər önəmli olduğunu düşünmürlər.
Belələrinin bir adı olur - vətən xainləri. Bu dünyada pul hər şey deyil. Milli maraqları necə
maddiyyata qurban verə bilirsiz? Millətini danan insandan nə istəsən gözləmək olar. Erməni ilə
mən necə bir araya gələ bilərəm ki, mənim 20 faiz torpağım işğal olunub, şəhidlərimin qanı hələ
də yerdədi, ana-bacılarımız bu gün də əsirlikdə işgəncələrə məruz qalır. Mən bunları bilib necə
ermənilərlə ünsiyyət qura bilərəm? Yenə deyirəm, erməni stilistindən dərs almağa gedənlər
barədə mən hələ bir il əvvəl açıqlama verəndə hamı susdu. Mən bu gün Azərbaycanda olan
stilistin adını çəkib bir də onu reklam etmək niyyətində deyiləm. Amma onun kimliyi əslində hər
kəsə bəllidir. Nazilə xanım Ermənistana gedəndə onun mənliyi, qüruru, yəqin ki, olmayıb.
Mənim millətimə işgəncə yaşadan insanla mən necə dostluq edə bilərəm? İnsan öz millətinə necə
xəyanət edə bilər, bunu anlaya bilmirəm. Azərbaycanlı xanım necə deyə bilər ki, onların əsgərini
mən öldürməmişəm ki? Necə yəni onların əsgəri? Söhbət kiminsə əsgərindən getmir. Söhbət
sənin millətinin əsgərindən gedir. Sənin qanından olan oğulların faciəsindən gedir. Sən
millətindən olan əsgərə dəyər verə bilmirsənsə, vətəninə qanla bağlanmamısansa, sənin vicdanın,
əqidən ola bilərmi? Kim olursan ol, hansı sahədə uğur qazanırsan qazan, Vətənini, dövlətini,
millətini sevmirsənsə, demək ki, sən şəxsiyyət olaraq yoxsan həyatda. Vətəndən dəyərli həyatda
heç nə ola bilməz. Harda yaşamağından asılı olmayaraq vətənə səcdə etmək hər birimizin
müqəddəs borcudu. Xoş söz olsun deyə söyləmirəm, mənim üçün Vətən qədər dəyərli heç nə ola
bilməz. Mən Azərbaycanımı dünyanın heç bir məkanına dəyişə bilmərəm. Dövlətinə, millətinəxəyanət edənlərə qarşı da hər zaman münasibətim sərt olacaq. Ayıb olsun, o insanlara ki,
şəhidlərimizin ruhuna hörmət qoymadan ermənilərlə dostluq etməyi bacarır”. 

Yeri gəlmişkən xatırladaq ki, söhbət Anar Ağakişiyevin adını çəkmək istəmədiyi stilist, Xalq artisti Ramiz Novruzovun qızı Şəfəqdir. Ötən il mətbuatda yer alan məlumatlarda söhbət stilist Şəfəqin erməni stilisti ilə dostluq münasibətindən və erməni stilisti Azərbaycana dəvət etməyindən gedirdi. Bu
məsələ ötən il ictimai qınağa səbəb olmuşdu.

Tahirə