Nazir: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır
16:55 24.01.2019
Arxiv
629
Xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, E.Məmmədyarov məktubda Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı E.Rinkeviçsi təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb. Məktubda E.Məmmədyarov Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd edib, hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Latviya xarici işlər naziri E.Rinkeviçs Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.
Azərbaycanla Latviya arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm