Nazirlik: Prezidentin sərəncamları 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verib
08:47 20.06.2019
Arxiv
533
"Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.
"Sherg.az"ın məlumatına görə, bu barərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Xəbərə görə, bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır: "Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 8 fevral 2019-cu il tarixli Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı.
Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 18 iyun 2019-cu il tarixdə imzalanan digər Sərəncamlarla müxtəlif qurumlarda çalışanların əmək haqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50 faiz artırılması tapşırılır. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir".
Qeyd olunub ki, ümumilikdə, 18 iyun 2019-cu il tarixli Sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanın əməkhaqqı gəlirlərinin artmasına səbəb olmaqla, onlarına rifahına ciddi dəstəkdir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.
"Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək.
Onu da qeyd edək ki, bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi. Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb.
Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək".
Məlumatda bildirilir ki, sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.
"Qeyd edilənlər Prezident İlham Əliyevin uğurlu sosial sosial siyasətinin daha bir mühüm nailiyyəti, dövlət başçısının əhalinin rifahına ardıcıl dəstəyinin əyani göstəricisi, ölkənin sosial inkişafında növbəti ciddi irəliləyişdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol